“Trabzonspor” İstanbulda məğlubiyyətdən son anda qurtuldu

Türkiyə Super Liqasında 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış oyununda “Ankaragücü” “Rizəspor” səfərinə yollanıb. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.

Turnir cədvəlinin lideri “Alanyaspor” bu turda “Qaziantep”in qonağı olub. Bu görüş heç-heçə yekunlaşıb. “Fənərbaxça” isə “Konyaspor”u qəbul edib və darmadağına imza atıb.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Mövsümə uğursuz start verən “Beşiktaş” doğma azarkeşləri qarşısında “Qalatasaray”la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri derbidə minimal hesabla qalib gəliblər.

Sonuncu oyun günündə bir görüş baş tutub. “Başakşəhər” doğma meydanda “Trabzonspor”la qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda İstanbul klubu qələbəni 90+5-ci dəqiqədə əldən verib.

Türkiyə Super Liqası, 9-cu tur

25 oktyabr

Rizəspor – Ankaragücü 2:0
Qol
: Samudio, 28-pen. Boldrin, 60.

26 oktyabr

Sivasspor – Antalyaspor 2:1
Qol
: E.Kılınc, 51. Yatabare, 77 – S.Özkan, 83-pen.

Qaziantep – Alanyaspor 1:1
Qol
: Kana, 90+1 – Sisse, 33.

Fənərbaxça – Konyaspor 5:1
Qol
: Q.Rodriqes, 11. Yorgensen, 14. O.Tufan, 28. L.Qustavo, 78. Muriqi, 82 – S.Aziz, 16-öz qapısına.

27 oktyabr

Yeni Malatyaspor – Kayserispor 4:0
Qol
: Donald, 14. Yahoviç, 77-pen. Bifuma, 86. Lunq, 90-öz qapısına.

Gənclərbirliyi – Dənizlispor 0:2
Qol
: O.Şahan, 34. Muravski, 90+6-pen.

Göztəpə – Kasımpaşa 1:4
Qol
: Hafez, 45+3-öz qapısına – Hayradinoviç, 27. Kuaresma, 51-pen. M.Pektemek, 76. Y.Ərdoğan, 90+2.

Beşiktaş – Qalatasaray 1:0
Qol
: U.Nayir, 69.

28 oktyabr

Başakşəhər – Trabzonspor 2:2
Qol
: Vişça, 67-pen. Şkrtel, 78 – Starric, 61-pen. Sorlot, 90+5.

Bombardir: Papis Sisse (Alanyaspor) – 9 qol.