“Fənərbaxça”dan çətin qələbə

Bu gün Türkiyə Super Liqasında 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. “Fatih Karagümrük” “Ərzurumspor”la ev oyununda darmadağına sevinib. “Trabzonspor” isə “Kasımpaşa” ilə qarşılaşıb və doğma meydanda məğlub olub.

“Qalatasaray” bu turda “Ankaragücü”nü qəbul edib və minimal hesabla qalib gəlib. “Gənclərbirliyi” – “Qaziantep” matçında heç-heçə qeydə alınıb. Şənbə gününə nəzərdə tutulan “Göztəpə” – “Alanyaspor” oyunu isə İzmirdəki güclü zəlzələ ilə əlaqədar təxirə salınıb.

Bazar günü daha üç qarşılaşma baş tutub. “Beşiktaş” “Yeni Malatyaspor”u qəbul edib və minimal hesabla qalib gəlib. “Rizəspor” da “Kayserispor”u oxşar hesabla üstələyib. Üç qolun qeydə alındığı “Konyaspor” – “Başakşəhər” görüşündə isə qonaqlar sevinən tərəf olub.

“Fənərbaxça” “Antalyaspor”un qonağı olub və çətin qələbəyə sevinib. “Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sivasspor” isə bu tur çərçivəsində “Hatayspor” səfərinə yollanıb. Bu görüş heç-heçə bitib.

Türkiyə Super Liqası, 7-ci tur

30 oktyabr

Fatih Karagümrük – Ərzurumspor 5:1
Qol
: Ndiaye, 11; 45. Bilya, 28-pen. Ndao, 71. Sabo, 90+4 – Qomes, 90.

Trabzonspor – Kasımpaşa 3:4
Qol
: Asan, 23. Nvakaeme, 31; 38. – Tirpan, 8. Erdoğan, 41. Edqar Le, 87-öz qapısına. Koyta, 90.

31 oktyabr

Gənclərbirliyi – Qaziantep 1:1
Qol
: Kandeyas, 56 – Maksim, 17-pen.

17:00 Göztəpə – Alanyaspor matçı təxirə salınıb

Qalatasaray – Ankaragücü 1:0
Qol
: Babel, 45+1.

1 noyabr

Rizəspor – Kayserispor 1:0
Qol
: Remi, 33.

Konyaspor – Başakşəhər 1:2
Qol
: Kravets, 69 – Yevtoviç, 45-öz qapısına. Aleksiç, 58.

Beşiktaş – Yeni Malatyaspor 1:0
Qol
: Larin, 55.

2 noyabr

Antalyaspor – Fənərbaxça 1:2
Qol
: Podolski, 52 – O.Tufan, 49. Perotti, 84-pen.

Hatayspor – Sivasspor 1:1
Qol
: Akintola, 8 – Qradel, 6.

Bombardir: Davidson (Alanyaspor), Lorik Remi (Rizəspor) – 6 qol.