“Fənərbaxça”dan inamlı qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 39-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında lider “Beşiktaş” doğma meydanda mövsümün uğurlu komandalarından “Hatayspor”u qəbul edib. İstanbul təmsilçisi bu oyunda 7 cavabsız qolla qalib gəlib.

Bazar günü daha dörd qarşılaşma baş tutub. Beş qolun qeydə alındığı “Antalyaspor” – “Göztəpə” matçı qonaqların qələbəsiylə yekunlaşıb. “Dənizlispor” da “Rizəspor”a məğlub olub.

“Konyaspor” doğma meydanda “Fatih Karagümrük” üzərində darmadağına sevinib. Səfərdə “Gənclərbirliyi” ilə qarşılaşan “Qalatasaray” da turu qələbə ilə başa vurub.

Son çempion “Başakşəhər” “Ankaragücü”nü, “Kasımpaşa” “Alanyaspor”u məğlub yola salıb. “Yeni Malatyaspor” – “Kayserispor” matçında qalib müəyyənləşməyibsə, “Sivasspor” səfərdə “Qaziantep”dən üstün olub.

Ötən tur “Alanyaspor”la heç-heçəyə razılaşan “Fənərbaxça” isə bu dəfə “Ərzurumspor”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Türkiyə Super Liqası, 39-cu tur

1 may

Beşiktaş – Hatayspor 7:0
Qol
: Akintola, 2-öz qapısına. Larin, 11; 14; 55; 65. Nkudu, 38. R.Yılmaz, 44.

2 may

Antalyaspor – Göztəpə 2:3
Qol
: Fredi, 5-pen. Podolski, 67 – Esiti, 31. Yahoviç, 66. Nukan, 84.

Dənizlispor – Rizəspor 0:1
Qol
: Samudio, 72.

Konyaspor – Fatih Karagümrük 5:1
Qol
: A.Çalık, 33. Çikalleşi, 61; 85. Bütüqi, 64. Şengeliya, 90+2 – Lens, 30.

Gənclərbirliyi – Qalatasaray 0:2
Qol
: Dervişoğlu, 44. Akbaba, 53.

3 may

Başakşəhər – Ankaragücü 2:1
Qol
: Aleksiç, 63. Fernandes, 88 – Peyntsil, 15.

Kasımpaşa – Alanyaspor 3:0
Qol
: Hayradinoviç, 36; 60. Telin, 45+2.

Yeni Malatyaspor – Kayserispor 1:1
Qol
: A.Büyük, 65 – İ.Parlak, 41.

Fənərbaxça – Ərzurumspor 3:1
Qol
: Sosa, 6-pen. Valensiya, 12. Pelkas, 14 – O.Sert, 81.

Qaziantep – Sivasspor 0:1
Qol
: Qradel, 30.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 21 qol.