“Fənərbaxça”dan çətin qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 37-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Açılış matçında autsayder “Gənclərbirliyi” “Rizəspor”u qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbə qazanıblar.

Şənbə günü daha beş görüş baş tutub. “Konyaspor” – “Hatayspor” və “Dənizlispor” – “Sivasspor” matçlarında qalib müəyyənləşməyib. “Qalatasaray” səfərdə “Antalyaspor”u minimal hesabla üstələyib. “Trabzonspor” da “Fatih Karagümrük”lə ev oyununda inamlı qələbəyə sevinib. Lider “Beşiktaş”ın bu turdakı rəqibi “Kayserispor” olub. İstanbul təmsilçisi bu oyundan da qalib ayrılıb.

Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan və liderdən 3 xal geri qalan “Fənərbaxça” doğma meydanda “Kasımpaşa”nı məğlub edib.

Türkiyə Super Liqası, 37-ci tur

23 aprel

Gənclərbirliyi – Rizəspor 2:1
Qol
: Yohansson, 45. Sio, 63 – Samudio, 74.

24 aprel

Konyaspor – Hatayspor 0:0

Trabzonspor – Fatih Karagümrük 2:0
Qol
: Djanini, 15; 65.

Antalyaspor – Qalatasaray 0:1
Qol
: M.Məhəmməd, 77.

Beşiktaş – Kayserispor 3:1
Qol
: Gezzal, 4. Nkudu, 13; 65 – P.Enrike, 6.

Dənizlispor – Sivasspor 1:1
Qol
: Diskerund, 59 – Kayode, 32.

25 aprel

Yeni Malatyaspor – Ankaragücü 2:1
Qol
: A.Büyük, 55. Tette, 77 – Peyntsill, 90+2-pen.

Başakşəhər – Alanyaspor 0:0

Qaziantep – Ərzurumspor 2:3
Qol
: M.Demir, 69; 90 – R.Qomes, 54. H.Hatipoğlu, 59. R.Çağıran, 3.

Fənərbaxça – Kasımpaşa 3:2
Qol
: Valensiya, 15; 45+1. Salai, 40 – Hayradinoviç, 21. Haderqyonay, 82.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 21 qol.