“Fənərbaxça”dan çətin qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 35-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Autsayderlər qrupunda yer alan “Gənclərbirliyi” “Sivasspor”u qəbul edib. Beş qolun qeydə alındığı bu oyunda qonaqlar qələbə qazanan tərəf olub. “Rizəspor” da səfərdə “Antalyaspor”a oxşar hesabla qalib gəlib. “Kayserispor isə “Konyaspor” səfərində qolsuz heç-heçəyə razılaşıb.

Lider “Beşiktaş”ın bu turdakı rəqibi “Ankaragücü” olub. Dörd qolun qeydə alındığı bu oyun bərabərliklə bitib.

Şənbə günü daha dörd görüş baş tutub. Beş qolun qeydə alındığı “Dənizlispor” – “Ərzurumspor” matçında qonaqlar qələbəni bayram edən tərəf olub. “Alanyaspor” səfərdə “Yeni Malatyaspor”a minimal hesabla uduzub. “Trabzonspor” da “Hatayspor”la ev oyunundan xal itkisi ilə ayrılıb. “Qalatasaray” isə İzmir səfərində “Göztəpə” ilə görüşdə inamlı qələbəyə sevinib.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Son çempion “Başakşəhər” doğma meydanda turnir cədvəlinin ikincisi “Fənərbaxça”nı qəbul edib. İstanbul derbisində qonaqlar çətin qələbəyə seviniblər.

Türkiyə Super Liqası, 35-ci tur

16 aprel

Gənclərbirliyi – Sivasspor 2:3
Qol
: Angelo, 25. Yohansson, 37 – Feliks, 78. Kayode, 83. Polomat, 90+3-öz qapısına.

Konyaspor – Kayserispor 0:0

Antalyaspor – Rizəspor 2:3
Qol
: V.Sarı, Naldo, 88 – İ.Köybaşı, 3. Boldrin, 6. Sabo, 65.

Beşiktaş – Ankaragücü 2:2
Qol
: Kuluşiç, 45+4-öz qapısına; 52-öz qapısına – Peyntsil, 65; 90+3.

17 aprel

Dənizlispor – Ərzurumspor 2:3
Qol
: Rodalleqa, 46; 64 – Bassan, 2. Raşani, 79; 86.

Trabzonspor – Hatayspor 1:1
Qol
: Djanini, 22 – Bupendza, 90+5.

Yeni Malatyaspor – Alanyaspor 1:0
Qol
: Hadebe, 64.

Göztəpə – Qalatasaray 1:3
Qol
: Diabete, 9 – K.Aktürkoğlu, 19; 39; 64.

18 aprel

Qaziantep – Kasımpaşa 2:2
Qol
: Dikko, 63. M.Demir, 85 – Telin, 5; 58.

Başakşəhər – Fənərbaxça 1:2
Qol
: O.Şahiner, 18 – Salai, 40. Pelkas, 57.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 19 qol.