“Fənərbaxça”dan inamlı qələbə

Bu gün Türkiyə Super Liqasında 34-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. Turun açılış matçında “Hatayspor” doğma meydanda İzmirin “Göztəpə” komandasını qəbul edib. Beş qolun qeydə alındığı oyunda qonaqlar qələbə qazanıblar. Son turda “Kayserispor”la matçda xal itirən “Trabzonspor”, bu dəfə də “Rizəspor”la heç-heçəyə razılaşıb. Turnir cədvəlinin 3-cüsü “Qalatasaray” isə doğma meydanda “Fatih Karagümrük”ü qəbul edib. Bu oyun da bərabərliklə bitib.

Lider “Beşiktaş” bu turda “Ərzurumspor”un qonağı olub və inamlı qələbəyə sevinib.

“Fənərbaxça” isə bu turda “Qaziantep”i qəbul edib. Dörd qolun qeydə alındığı oyun İstanbul təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası, 34-cü tur

10 aprel

Hatayspor – Göztəpə 2:3
Qol
: Diuf, 64; 90 – Yahoviç, 30; 38; 78.

Rizəspor – Trabzonspor 0:0

Qalatasaray – Fatih Karagümrük 1:1
Qol
: Babel, 62 – Ndao, 60.

11 aprel

Sivasspor – Konyaspor 3:1
Qol
: Yatabare, 27. Kayode, 68. R.Yalçın, 88-pen – Bütüqi, 54.

Ankaragücü – Gənclərbirliyi 2:1
Qol
: E.Güral, 66. A.Kızıldağ, 70-öz qapısına – Stanku, 76.

Kayserispor – Antalyaspor 0:1
Qol
: Naldo, 45.

Ərzurumspor – Beşiktaş 2:4
Qol
: Şvexlen, 16. Bassan, 39 – Larin, 10. O.Özyakup, 26. Gezzal, 66. G.Töre, 86.

12 aprel

Kasımpaşa – Yeni Malatyaspor 0:0

Alanyaspor – Dənizlispor 3:2
Qol
: B.Kutlu, 54. E.Bekiroğlu, 68. M.Pektemek, 88 – Bakalorz, 27. Tuşa, 51.

Fənərbaxça – Qaziantep 3:1
Qol
: M.Yandaş, 56. Valensiya, 71. S.Gümüş, 90+5 – Maksim, 66.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 18 qol.