Azərbaycan millisi “Böyük dəbilqə”ni bir medalla başa vurdu

Bu gün Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycanın son təmsilçisi Camal Feyziyev mübarizə aparıb.

Komanda.az xəbər verir ki, Feyziyev 100 kq-dan yuxarı çəki dərəcəsində 1/16 final mərhələsində slovakiyalı Marius Fizellə qarşılaşıb və qalib gəlib. Camal növbəti raundda braziliyalı Rafael Silvaya ipponla uduzaraq, mübarizəni dayandırıb.

Daha əvvəl Azərbaycanın mübarizəyə qoşulmuş 9 cüdoçusundan yalnız Murad Fətiyev 81 kq dərəcəsində bürünc medal qazana bilib. Fətiyev həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button