“Fiorentina” səfərdən xalsız döndü

Futbol üzrə İtaliya A Seriyasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Tura “Spetsiya” – “Salernitana” matçıyla start verilib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Son çempion “İnter” bu turdə səfərdə “Latsio”nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb. Turnir cədvəlinin 2-ci pilləsində yer alan “Milan”ın rəqibi isə “Verona” olub. Meydan sahibləri bu görüşdən əzmkar qələbə ilə ayrılıblar.

Geridə qalan 7 turda maksimum nəticə göstərən lider “Napoli” bu dəfə “Torino”nu qəbul edib və növbəti qələbəsini rəsmiləşdirib.

Turun mərkəzi görüşü Turində keçirilib. “Yuventus” burda Joze Mourinyonun rəhbərlik etdiyi “Roma” ilə üz-üzə gəlib. Turin təmsilçisi də doğma meydanda minimal hesabla qalib gəlib.

Son oyun “Venetsiya” ilə “Fiorentina” arasında baş tutub. Bu görüşdə meydan sahibləri qələbə qazanan tərəf olub.

İtaliya A Seriyası, 8-ci tur

16 oktyabr

Spetsiya – Salernitana 2:1
Qol
: Ştreleç, 51. Kovalenko, 76 – Simi, 39.

Latsio – İnter 3:1
Qol
: İmmobile, 64-pen. Anderson, 81. Milinkoviç-Saviç, 90+1 – Perişiç, 12-pen.

Milan – Verona 3:2
Qol
: Jiru, 59. Kessye, 76-pen. K.Günter, 78-öz qapısına – Kaprari, 7. Barak, 24.

17 oktyabr

Kalyari – Sampdoriya 3:1
Qol
: J.Pedro, 4; 90+4. Kaseres, 74 – Torsbi, 82.

Cenoa – Sassuolo 2:2
Qol
: Destro, 27. Vaskes, 90 – Skamakka, 17; 20.

Udineze – Bolonya 1:1
Qol
: Beto, 82 – Berrou, 67.

Empoli – Atalanta 1:4
Qol
: Di Françesko, 30 – İliçiç, 11; 26. Viti, 49-öz qapısına. Sapata, 89.

Napoli – Torino 1:0
Qol
: Osimhen, 81.

Yuventus – Roma 1:0
Qol
: Kin, 16.

18 oktyabr

Venetsiya – Fiorentina 1:0
Qol
: Aramu, 36.

Bombardir: Çiro İmmobile (Latsio), Edin Dzeko (İnter) – 6 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button