“Milan”la “Roma”dan darmadağın

Futbol üzrə İtaliya A Seriyasında 2-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Mövsümün ilk matçında “Yuventus”la qollu heç-heçə edən “Udineze” bu dəfə “Venetsiya”nı darmadağın edib. Son çempion “İnter” isə “Verona” səfərinə yollanıb. Milan təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb.

Şənbə günü daha dörd qarşılaşma baş tutub. “Atalanta” – “Bolonya” matçında qalib müəyyənləşməyib. “Latsio” “Spetsiya”nı, “Fiorentina” isə “Torino”nu məğlub yola salıb. “Yuventus” bu turda “Empoli” ilə üz-üzə gəlib. Turin təmsilçisi doğma meydanda minimal hesabla uduzub.

Sonuncu oyun günündə dörd qarşılaşma baş tutub. “Sassuolo” – “Sampdoriya” matçında qalib müəyyənləşməyib. Səfərdə “Cenoa” ilə qarşılaşan “Napoli” çətin qələbəyə sevinib.

“Milan” “Kalyari”ni qəbul edib və darmadağına sevinib. “Roma” isə “Salernitana” səfərində 4 cavabsız qolla qalib gəlib.

İtaliya A Seriyası, 2-ci tur

27 avqust

Udineze – Venetsiya 3:0
Qol
: Pussetto, 29. Deulofeu, 70. Molina, 90+3.

Verona – İnter 1:3
Qol
: İliç, 15 – L.Martines, 47. Korrea, 83; 90+4.

28 avqust

Atalanta – Bolonya 0:0

Latsio – Spetsiya 6:1
Qol
: İmmobile, 5; 15; 45+2. F.Anderson, 47. Hüsay, 70. L.Alberto, 85 – Verde, 4.

Fiorentina – Torino 2:1
Qol
: N.Qonsales, 41. Vlahoviç, 70 – Verdi, 89.

Yuventus – Empoli 0:1
Qol
: Mankuzo, 21.

29 avqust

Cenoa – Napoli 1:2
Qol
: Kambiaso, 69 – F.Ruis, 39. Petanya, 84.

Sassuolo – Sampdoriya 0:0

Milan – Kalyari 4:1
Qol
: Tonali, 12. Leao, 17. Jiru, 24; 43 – Deyola, 15.

Salernitana – Roma 0:4
Qol
: Pelleqrini, 48; 79. Veretu, 52. Abraham, 69.

Bombardir: Çiro İmmobile (“Latsio”) – 4 qol.