“Torino” və “Verona”dan qələbə

Futbol üzrə İtaliya A Seriyasında 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Açılış matçında “Atalanta” “Spetsiya”nı qəbul edib. Kifayət qədər məhsuldar alınan bu görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. “Yuventus” bu turda çətin “Latsio” səfərinə yollanıb. Turin təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib. Turnir cədvəlinin 2-ci sırasında yer alan “Milan”ın rəqibi isə “Fiorentina” olub. Yeddi qolun qeydə alındığı görüş meydan sahiblərinin qələbəsiylə bitib.

Bazar günü daha beş görüş baş tutub. Dörd qolun qeydə alındığı “Sassuolo” – “Kalyari” matçında qalib müəyyənləşməyib. “Bolonya” evdə “Venetsiya”ya, “Salernitana” isə “Sampdoriya”ya uduzub.

Turun mərkəzi görüşü Milan şəhərində keçirilib. Lider “Napoli” “İnter”in qonağı olub. Beş qolun qeydə alındığı matç milanlıların qələbəsiylə yekunlaşıb. Beləcə, “Napoli”nin də məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub.

Joze Mourinyolu “Roma” isə bu turda “Cenoa”nın qonağı olub. Paytaxt təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Verona” doğma meydanda “Empoli”yə, “Torino” isə “Udineze”yə oxşar hesabla (2:1) qalib gəlib.

İtaliya A Seriyası, 13-cü tur

20 noyabr

Atalanta – Spetsiya 5:2
Qol
: Paşaliç, 18; 41. Sapata, 38-pen. Muriel, 83. Malinovski, 89 – Nzola, 11; 90+1.

Latsio – Yuventus 0:2
Qol
: Bonuççi, 23-pen; 83-pen.

Fiorentina – Milan 4:3
Qol
: Dunkan, 15. Saponara, 45+1. Vlahoviç, 60; 86 – İbrahimoviç, 62; 67. Venuti, 90+6-öz qapısına.

21 noyabr

Sassuolo – Kalyari 2:2
Qol
: Skamakka, 37. Berardi, 52-pen – Balde, 40. J.Pedro, 56-pen.

Bolonya – Venetsiya 0:1
Qol
: Okereke, 61.

Salernitana – Sampdoriya 0:2
Qol
: Di Takkio, 40-öz qapısına. Kandreva, 43.

İnter – Napoli 3:2
Qol
: H.Çalhanoğlu, 25-pen. Perişiç, 44. Martines, 61 – Zelinski, 17. Mertens, 79.

Cenoa – Roma 0:2
Qol
: Afena, 82; 90+4.

22 noyabr

Verona – Empoli 2:1
Qol
: Barak, 49. Tameze, 90+1 – Romanyoli, 67.

Torino – Udineze 2:1
Qol
: Brekalo, 8. Bremer, 48 – Forestyeri, 77.

Bombardir: Çiro İmmobile (Latsio) – 10 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button