“Sampdoriya”ya 1 qol bəs etdi

İtaliya A Seriyasında 11-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Açılış oyununda “Napoli” “Roma”nın qonağı olub. Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb.

“İnter” bu turda çətin “Bolonya” səfərinə yollanıb. Milanlılar bu görüşdə qələbəni son saniyələrdə qazandıqları penalti qolu ilə təmin ediblər. Turin təmsilçisi “Yuventus” şəhərin digər komandası olan “Torino” ilə üz-üzə gəlib. Qarşılaşma “qoca sinyora”nın qələbəsiylə başa çatıb.

“Milan” bu turda “Latsio”nu qəbul edib. Üç qolun qeydə alındığı bu görüş Milan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. “Fiorentina” isə “Parma”nı sınağa çəkib və xal itkisi ilə üzləşib.

Sonuncu oyun günündə “Sampdoriya” səfərdə SPAL-ı minimal hesabla məğlub edib.

İtaliya A Seriyası, 11-ci tur

2 noyabr

Roma – Napoli 2:1
Qol
: Zaniolo, 19. Veretu, 55-pen – Milik, 72.

Bolonya – İnter 1:2
Qol
: Soriano, 59 – Lukaku, 75; 90+2-pen.

Torino – Yuventus 0:1
Qol
: De Liqt, 70.

3 noyabr

Atalanta – Kalyari 0:2
Qol
: Paşaliç, 32-öz qapısına. Oliva, 58.

Cenoa – Udineze 1:3
Qol
: Pandev, 22 – De Paul, 32. Sema, 87. Lasanya, 90+4.

Leççe – Sassuolo 2:2
Qol
: Lapadula, 18. Falko, 42 – Tolyan, 35. Berardi, 85.

Verona – Breşiya 2:1
Qol
: Salsedo, 50. Pessina, 81 – Balotelli, 85.

Fiorentina – Parma 1:1
Qol
: Kastrovilli, 67 – Jervinyo, 40.

Milan – Latsio 1:2
Qol
: Bastos, 28-öz qapısına – İmmobile, 25. Korrea, 83.

4 noyabr

SPAL – Sampdoriya 0:1
Qol
: Kaprari, 90+1.

Bombardir: Çiro İmmobile (Latsio) – 13 qol.