Mövsümün ilk “el klasiko”suna doğru: Təxmini heyətlər açıqlandı

Bu gün İspaniya La Liqasının 7-ci turu çərçivəsində “Barselona” ilə “Real” qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “Kamp Nou”da keçiriləcək qarşılaşmanı Xose Luis Munuera idarə edəcək.

“Barselona”da Samuel Umtiti, Mark-Andre ter Ştegen, “Real”da isə Dani Karvahal, Eden Hazard, Mariano Dias, Martin Edeqor və Alvaro Odriosola mövsümün ilk “el klasiko”sunu buraxmalı olacaq.

Bu gün keçiriləcək “Barselona” – “Real” oyunu saat 18:00-da start götürəcək.

“Barselona”nın təxmini 11-liyi: Neto, Jordi Alba, Kleman Lanqle, Jerar Pike, Serxio Roberto, Serxio Buskets, Frenki de Yonq, Antuan Qrizmann, Ansu Fati, Filippe Koutinyo, Lionel Messi.

“Real”ın təxmini 11-liyi: Tibo Kurtua, Serxio Ramos, Naço Fernandes, Rafael Varan, Ferlan Mendi, Kazemiro, Toni Kroos, Luka Modriç, Marko Asensio, Junior Vinisius, Kərim Benzama.