“Barselona” “Qarabağ”ın rəqibini darmadağın etdi

İspaniya La Liqasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Betis” öz meydanında “Eybar”ı qəbul edib. Tərəflər hərəyə 1 dəfə fərqləndikləri oyundan 1 xalla ayrılıblar.

“Real” bu turda “Qranada”nı sınağa çəkib. Altı qolun qeydə alındığı qarşılaşma Madrid təmsilçisinin inamlı qələbəsiylə başa çatıb.

“Valensiya” “Alaves”i, “Osasuna” “Vilyarreal”ı məğlub yola salıb. “Leqanes” – “Levante” görüşündə isə qələbəni qonaqlar bayram ediblər.

Turun mərkəzi görüşündə “Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sevilya” “Barselona”nın qonağı olub. Kataloniya təmsilçisi rəqibini darmadağın edib. “Atletiko” isə “Valyadolid” səfərinə yollanıb və xal itkisi ilə üzləşib.

İspaniya La Liqası, 8-ci tur

4 oktyabr

Betis – Eybar 1:1
Qol
: Loren, 69 – Orelyana, 34-pen.

5 oktyabr

Leqanes – Levante 1:2
Qol
: Breytveyt, 76 – Rocer, 45+2. Kampana, 49.

Real – Qranada 4:2
Qol
: Benzema, 2. Hazard, 45+1. Modriç, 61. Rodriqes, 90+2 – Maçis, 69. Duarte, 77.

Valensiya – Alaves 2:1
Qol
: M.Qomes, 27. Parexo, 83-pen – L.Peres, 89.

Osasuna – Vilyarreal 2:1
Qol
: Roncaqlia, 46. Avila, 79 – Torres, 5.

6 oktyabr

Malyorka – Espanyol 2:0
Qol
: Budimir, 37. Sevilya, 73.

Selta – Atletik – 1:0
Qol
: Aspas, 74.

Valyadolid – Atletiko 0:0

Real Sosyedad – Xetafe 1:2
Qol
: Merino, 5 – Mata, 69. Maksimoviç, 89.

Barselona – Sevilya 4:0
Qol
: K.Suares, 27. Vidal, 32. Dembele, 35. Messi, 78.
Qırmızı vərəqə: Araujo, 87 (Barselona). Dembele, 88 (Barselona).

Bombardir: Gerard Moreno (Vilyarreal), Loren (Betis), Kərim Benzema (Real) – 6 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button