Autsayderlərdən heç-heçə

Futbol üzrə İspaniya La Liqasında 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Açılış matçında “Valensiya” səfərdə “Elçe” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Atletiko” bu turda “Betis”lə qarşılaşıb və inamlı qələbəyə sevinib. “Sevilya” isə “Eybar”la ev oyunundan minimal hesabla məğlub ayrılıb.

7-ci tur çərçivəsində mövsümün ilk “el klasiko”su keçirilib. “Barselona” doğma meydanda əzəli rəqibi “Real”ı qəbul edib. Dörd qolun qeydə alındığı matç Madrid təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Vilyarreal” bu tur “Kadis” səfərinə yollanıb və qolsuz heç-heçəyə razılaşıb.

Turun qapanış matçında sonuncu pillədə qərarlaşmış “Levante” ilə çempionatın digər autsayderi “Selta” üz-üzə gəlib. Bu komandaların duelində qalib müəyyənləşməyib.

İspaniya La Liqası, 7-ci tur

23 oktyabr

Elçe – Valensiya 2:1
Qol
: Pomares, 19. Fidel, 37 – Lato, 74.

24 oktyabr

Barselona – Real 1:3
Qol
: Fati, 8 – Valverde, 5. S.Ramos, 63-pen. Modriç, 90.

Osasuna – Atletik 1:0
Qol
: R.Qarsiya, 81-pen.

Sevilya – Eybar 0:1
Qol
: Kike, 41.

Atletiko – Betis 2:0
Qol
: Lyorente, 46. L.Suares, 90+1.

25 oktyabr

Valyadolid – Alaves 0:2
Qol
: Pina, 55. Saynts, 85.

Kadis – Vilyarreal 0:0

Xetafe – Qranada 0:1
Qol
: Montoro, 45+2.

Real Sosyedad – Hueska 4:1
Qol
: Oyarzabal, 35; 54. Portu, 68.İsak, 75 – Mira, 46.

26 oktyabr

Levante – Selta 1:1
Qol
: Rocer, 48 – Karreyra, 52.

Bombardir: Pako Alkaser (Vilyarreal) – 4 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button