“Barselona” məğlubiyyətdən son anda qurtuldu

Futbol üzrə İspaniya La Liqasında 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında ötən turda “Real”a darmadağın olan (2:5) “Selta” “Kadis”lə üz-üzə gəlib. Cəmi bir xalı olan seltalılar bu dəfə də qələbəyə həsrət qalıblar. Əvəzində “Kadis” cari mövsümdəki ilk qələbəsinə sevinib.

Madrid “Atletiko”su bu turda Bilbaonun “Atletik” komandasının müqavimətini qırmağa çalışsa da, bu görüşdə qapılara qol vurulmayıb. “Elçe” – “Levante” matçı da heç-heçə bitib. “Rayo Valyekano” “Xetafe”ni darmadağınla yola salıbsa, “Alaves” də evdə “Osasuna”ya 2 cavabsız qolla qalib gəlib.

Bazar günü də dörd görüş baş tutub. Dörd qolun qeydə alındığı “Betis” – “Espanyol” matçında qalib müəyyənləşməyib. “Malyorka” – “Vilyarreal” və “Real Sosyedad” – “Sevilya” matçlarında ümumiyyətlə qapılara qol vurulmayıb. Turun mərkəzi görüşündə lider “Real” ən yaxın izləyicisi “Valensiya” ilə qarşılaşıb. Madrid təmsilçisi səfərdə vurduğu son dəqiqə qolları ilə əzmkar qələbəyə sevinib.

Çempionlar Liqasında “Bayern”ə uduzan “Barselona”nın çempionatdakı rəqibi “Qranada” olub. Kataloniya təmsilçisi erkən qol buraxdığı bu oyunda məğlubiyyətdən son anda qurtula bilib.

İspaniya La Liqası, 5-ci tur

17 sentyabr

Selta – Kadis 1:2
Qol
: Mina, 65 – Lozano, 38. Espino, 43.

18 sentyabr

Rayo Valyekano – Xetafe 3:0
Qol
: Trexo, 9-pen. Siss, 78. Falkao, 81.

Atletiko – Atletik 0:0

Elçe – Levante 1:1
Qol
: L.Peres, 33 – Morales, 55.

Alaves – Osasuna 0:2
Qol
: D.Qarsiya, 22. R.Torres, 29-pen.

19 sentyabr

Malyorka – Vilyarreal 0:0

Real Sosyedad – Sevilya 0:0

Betis – Espanyol 2:2
Qol
: V.Xose, 41. Fekir, 45+4 – Vidal, 16. Kabrera, 90+7.

Valensiya – Real 1:2
Qol
: Duro, 66 – Vinisius, 86. Benzema, 88.

20 sentyabr

Barselona – Qranada 1:1
Qol
: Arauxo, 90 – Duarte, 2.

Bombardir: Kərim Benzema (“Real”) – 6 qol.