“Real”dan çətin qələbə

Futbol üzrə İspaniya La Liqasında 36-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun oyunları üç günü əhatə edəcək. Açılış matçında “Osasuna” “Selta”yla qarşılaşıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

“Barselona” bu turda “Valyadolid” səfərinə yollanıb və minimal hesabla üstün olub. “Atletiko” isə “Betis”i qəbul edib. Madrid təmsilçisi də 3 xalı tək qolla əldə edib.

Bazar günü daha dörd qarşılaşma baş tutub. “Espanyol” evdə “Eybar”a, “Levante” “Atletik”ə məğlub olub. “Leqanes”in qonağı olan “Valensiya” da minimal hesabla uduzub. “Sevilya” isə “Malyorka” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Lider “Real” isə “Qranada” ilə münasibətlərinə aydınlıq gətirib. Madrid təmsilçisi bu oyunda da inamlı qələbəyə sevinib.

İspaniya La Liqası, 36-cı tur

11 iyul

Osasuna – Selta 2:1
Qol
: Enrik, 23. A.Xose, 90+1 – Mina, 10.

Valyadolid – Barselona 0:1
Qol
: Vidal, 15.

Atletiko – Betis 1:0
Qol
: D.Kosta, 74.

12 iyul

Espanyol – Eybar 0:2
Qol
: Espozito, 25-pen; 36.

Levante – Atletik 1:2
Qol
: Bardi, 71 – R.Qarsiya, 4; 45+1.

Leqanes – Valensiya 1:0
Qol
: R.Peres, 18-pen.

Sevilya – Malyorka 2:0
Qol
: Okampos, 41-pen. En-Nesiri, 84.

13 iyul

Alaves – Xetafe 0:0

Vilyarreal – Real Sosyedad 1:2
Qol
: Kasorla, 85 – V.Xose, 61. Lyorente, 75.

Qranada – Real 1:2
Qol
: Maçes, 50 – Mendi, 10. Benzema, 16.

Bombardir: Lionel Messi (Barselona) – 22 qol.