“Xetafe” “Real Sosyedad”ı məğlub yola saldı

İspaniya La Liqasında 32-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Sevilya” “Valyadolid”lə üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 xalla ayrılıblar.

Şənbə günü dörd qarşılaşma baş tutub. “Atletik” “Malyorka”nı, “Osasuna” “Leqanes”i məğlub yola salıb. Dörd qolun vurulduğu “Selta” “Barselona” matçı Kataloniya təmsilçisinin növbəti xal itkisi ilə başa çatıb. “Atletiko” isə “Alaves”ə qalib gəlib.

Lider “Real” bu turda səfərdə “Espanyol”un qonağı olub. Madrid təmsilçisi minimal hesabla qalib gəlib.

Sonuncu oyun günündə “Xetafe” doğma meydanda “Real Sosyedad”dan üstün olub.

İspaniya La Liqası, 32-ci tur

26 iyun

Sevilya – Valyadolid 1:1
Qol
: Okampos, 83-pen – Kiko, 25.

27 iyun

Atletik – Malyorka 3:1
Qol
: R.Qarsiya, 16-pen. Sanset, 24. Vilyalibre, 90 – Budimir, 70.

Selta – Barselona 2:2
Qol
: Smolov, 50. Aspas, 88 – L.Suares, 20; 67.

Osasuna – Leqanes 2:1
Qol
: Enrik, 9; 90+6 – Aviles, 50.

Atletiko – Alaves 2:1
Qol
: Saul, 59. D.Kosta, 71 – Xoselu, 90+3-pen.

28 iyun

Levante – Betis 4:2
Qol
: Mayoral, 21. Bardi, 35. Morales, 50. Roşina, 59 – Kanales, 70. Xuanmi, 87.

Vilyarreal – Valensiya 2:0
Qol
: Alkaser, 14. Moreno, 44.

Qranada – Eybar 1:2
Qol
: Soldado, 48 – De Blasis, 16. Kike, 69.

Espanyol – Real 0:1
Qol
: Kazemiro, 45.

29 iyun

Xetafe – Real Sosyedad 2:1
Qol
: Mata, 20; 83 – Yanuzay, 55.

Bombardir: Lionel Messi (Barselona) – 21 qol.