“Barselona” da darmadağınla qalib gəldi

Futbol üzrə İspaniya La Liqasında 31-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma keçirilib. “Sevilya” səfərdə “Levante”ni minimal hesabla üstələyib. “Valensiya” isə “Osasuna” ilə səfər matçından məğlubiyyətlə ayrılıb. “Vilyarreal” “Alaves”lə səfər matçında xalsız qalıb. “Betis” – “Atletik” və “Elçe” – “Valyadolid” matçlarında qalib müəyyənləşməyib. Madrid “Real”ı isə səfərdə “Kadis”i böyük hesabla məğlub edib.

Lider “Atletiko” bu turda “Hueska”nı qəbul edib və inamlı qələbə qazanıb. “Barselona” isə “Xetafe” ilə yeddi qolluq qarşılaşmada darmadağına sevinib.

“Qranada” “Eybar”ı, “Real Sosyedad” da “Selta”nı məğlub yola salıb.

İspaniya La Liqası, 31-ci tur

21 aprel

Levante – Sevilya 0:1
Qol
: En Nesiri, 53.

Osasuna – Valensiya 3:1
Qol
: Martines, 13. Kalyeri, 32. Torres, 67 – Qameyro, 30.

Betis – Atletik 0:0

Alaves – Vilyarreal 2:1
Qol
: Xoselu, 17. Mendes, 80 – Alkaser, 50.

Elçe – Valyadolid 1:1
Qol
: Fidel, 22 – Olasa, 86.

Kadis – Real 0:3
Qol
: Benzema, 30; 40. Odriosola, 33.

22 aprel

Atletiko – Hueska 2:0
Qol
: Korrea, 39. Karrasko, 80.

Qranada – Eybar 4:1
Qol
: Soldado, 21; 77. Puertas, 37. Kenedi, 81 – Kike, 64.

Real Sosyedad – Selta 2:1
Qol
: Portu, 25. Yanuzay, 39 – Mallo, 22.

Barselona – Xetafe 5:2
Qol
: Messi, 8; 33. Şakla, 28-öz qapısına. Arauxo, 87. Qrizmann, 90+3-pen – Lanqle, 12-öz qapısına. E.Ünal, 69.

Bombardir: Lionel Messi (Barselona) – 25 qol.