“Real” “Barselona”nı “taxt”dan saldı

İspaniya La Liqasında 30-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Açılış matçında “Qranada” “Vilyarreal”ı qəbul edib. Bu görüşdə qonaqlar minimal hesabla üstün olublar. “Malyorka” – “Leqanes” matçında isə tərəflər hərəyə 1 qolla 1 xala razılaşıblar.

Lider “Barselona” bu turda çətin “Sevilya” səfərinə yollanıb. Bu görüşdə isə qapılara qol vurulmayıb.

Şənbə günü dörd qarşılaşma baş tutub. “Xetafe” – “Eybar” matçında qalib müəyyənləşməyib. “Atletik” “Betis”i, “Atletiko” “Valyadolid”i minimal hesabla üstələyib. “Espanyol” isə evdə “Levante”yə məğlub olub.

Madrid “Real”ı 30-cu tur çərçivəsində “Real Sosyedad”ın qonağı olub. Bu oyunda qalib gələn paytaxt klubu “Barselona”nın xal itirməsindən maksimum yararlanıb və zirvəyə yüksəlib.

İspaniya La Liqası, 30-cu tur

19 iyun

Qranada – Vilyarreal 0:1
Qol
: Moreno, 11.

Malyorka – Leqanes 1:1
Qol
: Sevilya, 9 – Oskar, 87.

Sevilya – Barselona 0:0

20 iyun

Espanyol – Levante 1:3
Qol
: D.Lopes, 28 – Mayoral, 14. Bardi, 67. Pedrosa, 87-öz qapısına.

Atletik – Betis 1:0
Qol
: Martines, 7.

Xetafe – Eybar 1:1
Qol
: Etebo, 30 – Çarles, 45+6.

Atletiko – Valyadolid 1:0
Qol
: Vitolo, 81.

21 iyun

Selta – Alaves 6:0
Qol
: Murilyo, 14. Aspas, 20. Rafinya, 40; 41. Nolito, 78. Mina, 86.

Valensiya – Osasuna 2:0
Qol
: Quedes, 12. Rodriqo, 35.

Real Sosyedad – Real 1:2
Qol
: Merino, 83 – S.Ramos, 50-pen. Benzema, 70.

Bombardir: Lionel Messi (Barselona) – 21 qol.