“Sevilya”dan çətin qələbə

Futbol üzrə İspaniya La Liqasında 30-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında autsayderlər qrupunda yer alan “Hueska” və “Elçe” komandaları üz-üzə gəlib. Dörd qolun qeydə alındığı meydan sahibləri inamlı qələbəyə seviniblər.

Turun mərkəzi görüşündə “Real” “Alfredo di Stefano” stadionunda “Barselona”nı qəbul edib. La Liqada mövsümün son “el klasiko”nu Xesus Gil Mansano idarə edib. Bu oyundan öncə “Real” 63 xalla 3-cü, “Barselona” isə 65 xalla 2-ci sıradaydı. Üç qolun qeydə alındığı derbi madridlilərin qələbəsiylə yekunlaşıb.

Bazar günü “Vilyarreal” evdə “Osasuna”ya, “Valyadolid” isə “Qranada”ya uduzub. Dörd qolun qeydə alındığı “Valensiya” – “Real Sosyedad” matçında qalib müəyyənləşməyib. Lider “Atletiko” bu turda çətin “Betis” səfərinə yollanıb. Madrid təmsilçisi bu görüşdən xal itkisi ilə ayrılıb.

Turun son matçında “Sevilya” səfərdə “Selta”nın qonağı olub. Yeddi qolun qeydə alındığı oyun qonaqların qələbəsiylə yekunlaşıb.

İspaniya La Liqası, 30-cu tur

9 aprel

Hueska – Elçe 3:1
Qol
: Mir, 3; 88-pen. Ramires, 30 – Vavro, 4-öz qapısına.

10 aprel

Xetafe – Kadis 0:1
Qol
: Kopovi, 64-öz qapısına.

Atletik – Alaves 0:0

Eybar – Levante 0:1
Qol
: De Frutos, 45+2.

Real – Barselona 2:1
Qol
: Benzema, 13. Kroos, 28 – Minquesa, 60.

11 aprel

Vilyarreal – Osasuna 1:2
Qol
: Qarsiya, 70 – Monkayola, 64. Budimir, 74.

Valensiya – Real Sosyedad 2:2
Qol
: Vass, 60-pen. Paulista, 73 – Gevara, 33. İsak, 45.

Valyadolid – Qranada 1:2
Qol
: Orelyana, 41-pen – Molina, 78. Kini, 86.

Betis – Atletiko 1:1
Qol
: Tello, 20 – Karrasko, 5.

12 aprel

Selta – Sevilya 3:4
Qol
: Aspas, 20-pen; 23. Mendes, 43 – Kunde, 7. Fernando, 35. Rakitiç, 60. A.Qomes, 76.

Bombardir: Lionel Messi (Barselona) – 23 qol.