“Real” “Barselona”nı məğlub yola saldı

İspaniya La Liqasında 26-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçında “Real Sosyedad” “Valyadolid”i qəbul edib. Meydan sahibləri bu görüşdə minimal hesabla qalib gəliblər.

Şənbə günü dörd qarşılaşma baş tutub. “Eybar” “Levante”ni, “Valensiya” isə “Betis”i məğlub yola salıb. “Leqanes” – “Alaves” və “Qranada” – “Selta” oyunlarında isə qalib müəyyənləşməyib.

Bu turda “Sevilya” “Osasuna”, “Atletiko” isə “Espanyol”la qarşılaşıb. “Sevilya” turu qələbəylə, “Atletiko” isə xal itkisi ilə başa vurub.

Turun mərkəzi görüşü Madriddə keçirilib. Lider “Barselona” səfərdə – “Santyaqo Bernabeu” stadionunda “Real”ın qonağı olub. İki qolun qeydə alındığı “el klasiko” meydan sahiblərinin qələbəsiylə başa çatıb. Nəticədə, “Real” əsas rəqibini turnir cədvəlində qabaqlamağa nail olub.

İspaniya La Liqası, 26-cı tur

28 fevral

Real Sosyedad – Valyadolid 1:0
Qol
: Yanuzay, 60.

29 fevral

Eybar – Levante 3:0
Qol
: Çarles, 27; 48. Orelyana, 84.

Valensiya – Betis 2:1
Qol
: Qameyro, 60. Parexo, 89 – Loren, 90+3.

Leqanes – Alaves 1:1
Qol
: Karrilyo, 59 – L.Peres, 47.

Qranada – Selta 0:0

1 mart

Sevilya – Osasuna 3:2
Qol: En Nesiri, 13; 90+3. Okampos, 45+1 – Aridane, 64. Torres, 74-pen.

Atletik – Vilyarreal 1:0

Qol: R.Qarsiya, 56-pen.

Espanyol – Atletiko 1:1

Qol: Saviç, 24-öz qapısına – Saul, 47.

Malyorka – Xetafe 0:1

Qol: Maksimoviç, 67.

Real – Barselona 2:0
Qol
: Vinisius, 71. Mariano, 90+2.

Real: Kurtua, Benzema, Karvaxal, Kazemiro, İsko, Kroos, Marselo, S.Ramos (k), Valverde, Varan, Vinisius
Ehtiyat oyunçular: Areola, Q.Beyl, Mariano, Lukas, Mendi, Militao, Modriç
Barselona: Ter Ştegen, Alba, Artur, Buskets, De Yonq, Qrizmann, Messi (k), Pike, Semedo, Umtiti, Vidal
Ehtiyat oyunçular: Neto, Lanqle, Breytveyt, Kollado, Fati, F.Junior, Rakitiç

Bombardir: Lionel Messi (Barselona) – 18 qol.