“Betis”dən əzmkar qələbə

Futbol üzrə İspaniya La Liqasında 26-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Avroliqaya vəsiqə uğrunda mübarizə aparan “Vilyarreal” komandası səfərdə “Valensiya” ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda əzmkar qələbəyə seviniblər.

İspaniya kubokunda “Sevilya”nı darmadağınla məğlub edən “Barselona”nın çempionatdakı rəqibi “Osasuna” olub. Kataloniya təmsilçisi səfərdə inamlı qələbəyə sevinib. “Sevilya” komandası isə “Elçe”nin müqavimətini qırmağa çalışsa da, sonda məğlubiyyətlə üzləşib.

Turun mərkəzi görüşü Madriddə keçirilib. Lider “Atletiko” doğma meydanda əzəli rəqibi “Real”ı qəbul edib. “Atletiko” bu görüşdə qələbə qazanaraq, “kral klubu” ilə xal fərqini artırmaq niyyətindəydi. Amma görüş heç-heçə yekunlaşıb.

Sonuncu oyun günündə “Betis” evdə “Alaves”lə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu oyundan əzmkar qələbə ilə ayrılıblar.

İspaniya La Liqası, 26-cı tur

5 mart

Valensiya – Vilyarreal 2:1
Qol
: Soler, 86-pen. Quedes, 90+2 – Moreno, 40-pen.

6 mart

Valyadolid – Xetafe 2:1
Qol
: Plano, 14. Vaysmann, 24 – Mata, 37.

Elçe – Sevilya 2:1
Qol
: Quti, 70. Karrilyo, 76 – De Yonq, 90.

Kadis – Eybar 1:0
Qol
: Neqredo, 40.

Osasuna – Barselona 0:2
Qol
: Alba, 30. Moriba, 83.

7 mart

Hueska – Selta 3:4
Qol
: Siovas, 14. Mir, 16. Ferreyro, 74 – Mina, 5. Nolito, 37. Mallo, 52. Beltran, 76.

Atletiko – Real 1:1
Qol
: L.Suares, 15 – Benzema, 88.

Real Sosyedad – Levante 1:0
Qol
: Merino, 15.

Atletik – Qranada 2:1
Qol
: Vilyalibre, 3. Berenger, 90+1 – Molina, 78.

8 mart

Betis – Alaves 3:2
Qol
: B.İqlesias, 61-pen; 88. Xoakin, 81 – Xoselu, 12. E.Mendes, 24.

Bombardir: Lionel Messi (Barselona) – 20 qol.