“Atletik”dən darmadağın

Futbol üzrə İspaniya La Liqasında 20-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Valyadolid” səfərdə “Levante” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

“Hueska” – “Vilyarreal” və “Real Sosyedad” – “Betis” matçları heç-heçə bitib. “Sevilya” isə “Kadis”i 3 cavabsız qolla məğlub edib.

İspaniya kuboku ilə vidalaşan “Real” bu turda “Alaves”lə qarşılaşıb. Madrid təmsilçisi bu oyunda darmadağına sevinib.

“Barselona” “Elçe”nin qonağı olub və inamlı qələbəyə sevinib. Lider “Atletiko” da bu tur çərçivəsində “Valensiya” ilə oyundan qalib ayrılıb.

Son gündə “Atletik” doğma meydanda “Xetafe”yə böyük hesabla qalib gəlib.

İspaniya La Liqası, 20-ci tur

22 yanvar

Levante – Valyadolid 2:2
Qol
: D.Qomes, 62. Rocer, 83 – Alkaras, 73. Plano, 78.

23 yanvar

Hueska – Vilyarreal 0:0

Sevilya – Kadis 3:0
Qol
: En Nesiri, 35; 39; 62.

Real Sosyedad – Betis 2:2
Qol
: İsak, 48. Oyarzabal, 57 – Kanales, 86. Xoakin, 90+2.

Alaves – Real 1:4
Qol
: Xoselu, 59 – Kazemiro, 15. Benzema, 41; 70. Hazard, 45+1.

24 yanvar

Osasuna – Qranada 3:1
Qol
: Budimir, 27; 39. Monkayola, 86 – Suares, 50.

Elçe – Barselona 0:2
Qol
: De Yonq, 39. Puç, 89.

Selta – Eybar 1:1
Qol
: Mendes, 9 – Gil, 53.

Atletiko – Valensiya 3:1
Qol
: J.Feliks, 23. L.Suares, 54. Korrea, 72 – Raçiç, 11.

25 yanvar

Atletik – Xetafe 5:1
Qol
: R.Qarsiya, 12; 61. Alvares, 50. Berenqer, 75. De Markos, 82 – Kuku, 1.

Bombardir: Luis Suares (Atletiko), Yussen En-Nesiri (Sevilya) – 12 qol.