“Liverpul” “Mançester Yunayted”i səfərdə darmadağın etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçında Londonun “Arsenal” komandası doğma meydanda “Aston Villa” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matç “topçular”ın inamlı qələbəsiylə yekunlaşıb.

Şənbə günü altı qarşılaşma baş tutub. “Lids” – “Vulverhempton”, “Kristal Pelas” – “Nyukasl” və “Sauthempton” – “Bernli” matçlarında qalib müəyyənləşməyib. Yeddi qolun qeydə alındığı “Everton” – “Uotford” matçı qonaqların qələbəsiylə yekunlaşıb.

Lider “Çelsi” bu turda autsayder “Norviç Siti”ni sınağa çəkib. “Zadəganlar” bu oyunda 7 cavabsız qolla gəlib. “Mançester Siti” isə “Brayton”la səfər matçından darmadağınla ayrılıb.

Turun mərkəzi görüşü Mançesterdə keçirilib. Bu mövsüm məğlubiyyətin nə olduğunu bilməyən “Liverpul” “Mançester Yunayted”in qonağı olub. Qonaqlar bu görüşdə 5 cavabsız qola seviniblər. “Lester Siti” səfərdə “Brentford”u məğlub edib. “Tottenhem” isə səfərdə “Vest Hem”ə uduzub.

İngiltərə Premyer Liqası, 9-cu tur

22 oktyabr

Arsenal – Aston Villa 3:1
Qol
: Partey, 23. Obameyanq, 45+6. Smit Rou, 56 – Remsi, 82.

23 oktyabr

Çelsi – Norviç 7:0
Qol
: Maunt, 8; 85; 90+1. Hadson-Odoi, 18. R.Ceyms, 42. Çiluell, 57. Arons, 62-öz qapısına.

Kristal Pelas – Nyukasl 1:1
Qol
: Benteke, 56 – Uilson, 65.

Lids – Vulverhempton 1:1
Qol
: Rodriqo, 90+4-pen – Hvan, 10.

Everton – Uotford 2:5
Qol
: Deyvis, 3. Riçarlison, 62 – Kinq, 13; 80; 86. Kuçka, 78. Dennis, 90+1.

Sauthempton – Bernli 2:2
Qol
: Livramento, 41. Broya, 50 – Korne, 13; 57.

Brayton – Mançester Siti 1:4
Qol
: Makallister, 81-pen – İ.Gündoğan, 13. Foden, 28; 31. Mahrez, 90+5.

24 oktyabr

Brentford – Lester 1:2
Qol
: Yorgensen, 60 – Tilemans, 14. Maddison, 73.

Vest Hem – Tottenhem 1:0
Qol
: M.Antonio, 72.

Mançester Yunayted – Liverpul 0:5
Qol
: N.Keyta, 5. Jota, 13. Salah, 38; 45+5; 50.

Bombardir: Ceymi Vardi (Lester), Məhəmməd Salah (Liverpul) – 6 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button