“Çelsi” “Tottenhem”i darmadağın etdi, MY əzmkar qələbəyə sevindi

Futbol üzrə İngiltərə Premyer Liqasında 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Nyukasl” doğma meydanda “Lids”i sınağa çəkib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Ötən tur ilk qələbəsini qazanan “Arsenal”ın budəfəki rəqibi “Bernli” olub. “Topçular” bu oyunda 3 xalı tək qolla qazanıblar. “Liverpul” “Kristal Pelas”ı darmadağınla yola salıb. “Mançester Siti” isə “Sauthempton”la ev oyunundan xal itkisi ilə ayrılıb. “Everton” da “Aston Villa” ilə səfər matçında cari mövsümdəki ilk məğlubiyyətinə üzülüb. “Vulverhempton” da evdə “Brentford”a uduzub.

Turun mərkəzi görüşü Londonda olub. “Tottenhem” doğma meydanda “Çelsi”nin müqavimətini qırmağa çalışıb. “Zadəganlar” bu oyunda 3 cavabsız qola seviniblər. “Mançester Yunayted” də “Vest Hem”lə səfər oyunundan qalib ayrılıb. “Lester Siti” isə “Brayton”la səfər oyunundan məğlub qayıdıb.

İngiltərə Premyer Liqası, 5-ci tur

17 sentyabr

Nyukasl – Lids 1:1
Qol
: S.Maksimin, 44 – Rafinya, 13.

18 sentyabr

Vulverhempton – Brentford 0:2
Qol
: Touni, 28-pen. Mbeumo, 34.

Bernli – Arsenal 0:1
Qol
: Odeqard, 30.

Liverpul – Kristal Pelas 3:0
Qol
: Mane, 43. Salah, 78. N.Keyta, 89.

Mançester Siti – Sauthempton 0:0

Norviç Siti – Uotford 1:3
Qol
: Pukki, 35 – Dennis, 17. Sarr, 63; 80.

Aston Villa – Everton 3:0
Qol
: Kaş, 66. Din, 69-öz qapısına. Beyli, 75.

19 sentyabr

Brayton – Lester 2:1
Qol
: Maupay, 35-pen. Uelbek, 50 – Vardi, 61.

Vest Hem – Mançester Yunayted 1:2
Qol
: Benrahma, 30 – Ronaldo, 35. Linqard, 89.

Tottenhem – Çelsi 0:3
Qol
: T.Silva, 49. Kante, 57. Rüdiger, 90+2.

Bombardir: Maykl Antonio (“Vest Hem”), Bruno Fernandes (“Mançester Yunayted”), Məhəmməd Salah (“Liverpul”) – 4 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button