“Vulverhempton” “Everton”u məğlub yola saldı

Futbol üzrə İngiltərə Premyer Liqasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun əksər oyunları ilk oyun gününə təsadüf edib. Turun açılış matçında “Lester” doğma meydanda “Arsenal”ı qəbul edib. “Topçular” bu oyundan inamlı qələbə ilə ayrılıb.

Çempionatda cari mövsümdə məğlub olmayan “Liverpul”un bu turdakı rəqibi “Brayton” olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Çelsi” səfərdə “Nyukasl”ı böyük hesabla məğlub edib. “Mançester Siti” isə “Kristal Pelas”la ev oyununda 2 cavabsız qolla məğlub olub.

Turun mərkəzi görüşü Londonda keçirilib. Ötən tur “Liverpul”a darmadağın olan “Mançester Yunayted” bu dəfə “Tottenhem”in qonağı olub və böyük hesabla qalib gəlib.

Bazar günü daha iki görüş baş tutub. “Norviç Siti” evdə “Lids”ə, “Aston Villa” isə “Vest Hem”ə məğlub olub.

Turun qapanış matçında “Vulverhempton” doğma meydanda “Everton” üzərində qələbəyə sevinib.

İngiltərə Premyer Liqası, 10-cu tur

30 oktyabr

Lester – Arsenal 0:2
Qol
: Qabriel, 5. Smit Rou, 18.

Bernli – Brentford 3:1
Qol
: Vud, 4. Louton, 32. Korne, 36 – Qoddos, 79.

Liverpul – Brayton 2:2
Qol
: C.Henderson, 4. Mane, 24 – Mvepu, 41. Trossard, 65.

Mançester Siti – Kristal Pelas 0:2
Qol
: Zaha, 6. Qallaxer, 88.

Nyukasl – Çelsi 0:3
Qol
: R.Ceyms, 65; 77. Jorjinyo, 81-pen.

Uotford – Sauthempton 0:1
Qol
: Adams, 20.

Tottenhem – Mançester Yunayted 0:3
Qol
: Ronaldo, 39. Kavani, 64. Reşford, 87.

31 oktyabr

Norviç – Lids 1:2
Qol
: Omobamidele, 58 – Rapinya, 56. Rodriqo, 60.

Aston Villa – Vest Hem 1:4
Qol
: Uotkins, 34 – Conson, 7. Rays, 38. Fornals, 80. Bouen, 84.

1 noyabr

Vulverhempton – Everton 2:1
Qol
: Kilman, 28. R.Ximenes, 32 – İvobi, 66.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 10 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button