“Lester”dən darmadağın

Bu gün İngiltərə Premyer Liqasında 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Vulverhempton” və “Kristal Pelas” komandaları üz-üzə gəliblər. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.

“Mançester Siti” “Şeffild Yunayted”, “Çelsi” isə “Bernli” səfərinə yollanıb. Hər iki oyun qonaqların qələbəsiylə yekunlaşıb. Son çempion “Liverpul” da bu tur çərçivəsində doğma meydanda “Vest Hem”i qəbul edib və qələbə qazanıb.

Bazar günü daha dörd qarşılaşma baş tutub. Yeddi qolun qeydə alındığı “Aston Villa” – “Sauthempton” matçında qonaqlar qələbəni bayram ediblər. “Nyukasl” “Everton”la ev oyunundan qalib ayrılıbsa, “Tottenhem” “Brayton”u çətinliklə üstələyib.

Turun mərkəzi görüşü Mançesterdə keçirilib. London “Arsenal”ı burada “Mançester Yunayted”in qonağı olub və minimal hesabla üstün olub.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Fulhem” doğma meydanda “Vest Bromviç” üzərində inamlı qələbəyə sevinib. Səfərdə “Lids”in qonağı olan “Lester Siti” isə darmadağınla qalib gəlib.

İngiltərə Premyer Liqası, 7-ci tur

30 oktyabr

Vulverhempton – Kristal Pelas 2:0
Qol
: Nuri, 18. Podense, 27.

31 oktyabr

Şeffild Yunayted – Mançester Siti 0:1
Qol
: Uolker, 28.

Bernli – Çelsi 0:3
Qol
: Ziyex, 26. Zuma, 63. Verner, 70.

Liverpul – Vest Hem 2:1
Qol
: Salah, 42. Jota, 85 – Fornals, 10.

1 noyabr

Aston Villa – Sauthempton 3:4
Qol
: Minqs, 62. Uotkins, 90+3. Qriliş, 90+7 – Vesterqard, 20. Uord-Prouz, 33; 45. İnqs, 58.

Nyukasl – Everton 2:1
Qol
: Uilson, 56-pen; 84 – Kalvert, 90+1.

Mançester Yunayted – Arsenal 0:1
Qol
: Obameyanq, 69-pen.

Tottenhem – Brayton 2:1
Qol
: Keyn, 13-pen. Beyl, 73 – Lempti, 56.

2 noyabr

Fulhem – Vest Bromviç 2:0
Qol
: Rid, 26. Ayna, 30.

Lids – Lester 1:4
Qol
: Dallas, 48 – Barnes, 2. Tilemans, 21; 90+1-pen. Vardi, 76.

Bombardir: Dominik Kalvert-Lyuin (Everton), Son Hın Min (Tottenhem) – 8 qol.