“Tottenhem”ə bir qol bəs etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 6-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında “Lids” səfərdə “Aston Villa” ilə qarşılaşıb. Qonaqlar bu oyunda darmadağına seviniblər.

“Mançester Siti” bu turda Londonda “Vest Hem”lə üz-üzə gəlib və növbəti xal itkisi ilə üzləşib. Son çempion “Liverpul” isə “Şeffild Yunayted”i qəbul edib və qələbəyə sevinib. Turun mərkəzi görüşü Mançesterdə keçirilib. Ole Qunnar-Sulşerin rəhbərlik etdiyi “Mançester Yunayted” doğma meydanda Londonun “Çelsi” komandası ilə qarşılaşıb. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

Bazar günü üç görüş baş tutub. “Sauthempton” doğma meydanda çempionatın lideri “Everton”a inamlı hesabla qalib gəlib. “Vulverhempton” – “Nyukasl” görüşündə qalib müəyyənləşməyib. “Arsenal” isə “Lester Siti” ilə ev oyunundan məğlub ayrılıb.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Brayton” – “Vest Bromviç” matçında qalib müəyyənləşməyib. Səfərdə “Bernli” ilə qarşılaşan “Tottenhem” isə minimal hesabla qalib gəlib.

İngiltərə Premyer Liqası, 6-cı tur

23 oktyabr

Aston Villa – Lids 0:3
Qol
: Bemford, 55; 67; 74.

24 oktyabr

Vest Hem – Mançester Siti 1:1
Qol
: Antonio, 18 – Foden, 51.

Fulhem – Kristal Pelas 1:2
Qol
: Kerni, 90+5 – Ridevald, 8. Zaha, 64.

Mançester Yunayted – Çelsi 0:0

Liverpul – Şeffild Yunayted 2:1
Qol
: Firmino, 41. Jota, 64 – Berge, 13-pen.

25 oktyabr

Sauthempton – Everton 2:0
Qol
: Uord-Prouz, 27. Adams, 35.

Vulverhempton – Nyukasl 1:1
Qol
: R.Ximenes, 80 – Mörfi, 89.

Arsenal – Lester 0:1
Qol
: Vardi, 80.

26 oktyabr

Brayton – Vest Bromviç 1:1
Qol
: Livermore, 40-öz qapısına – Qrant, 83.

Bernli – Tottenhem 0:1
Qol
: Son, 76.

Bombardir: Son Hın Min (Tottenhem) – 8 qol.