“Everton”dan inamlı qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında lider “Tottenhem” səfərdə “Kristal Pelas”ın qonağı olub. Bu tura qədər itkisiz gəlmiş London təmsilçisi bu dəfə darmadağına üzülüb.

Üç turdan sonra 0 xalla sonuncu pillədə qərarlaşan “Arsenal” doğma meydanda “Norviç”lə qarşılaşıb. “Topçular” nəhayət bu oyundan qələbə ilə ayrılmağı bacarıblar. “Mançester Siti” də “Lester”in qonağı olub və 3 xalı tək qolla qazanıb.

Heyətini Kriştiano Ronaldo ilə gücləndirən “Mançester Yunayted”in rəqibi “Nyukasl” olub. “Qırmızı şeytanlar” məhz portuqaliyalı hücumçunun dublu sayəsində bu oyunda darmadağına seviniblər. London “Çelsi”si isə “Aston Villa” ilə səfər oyunundan 3 cavabsız qolla qalib ayrılıb.

Bazar günü bir oyun baş tutub. “Liverpul” səfərdə “Lids”lə qarşılaşıb və darmadağına sevinib.

Turun son matçında “Everton” doğma meydanda “Bernli”yə qalib gəlib.

İngiltərə Premyer Liqası, 4-cü tur

11 sentyabr

Kristal Pelas – Tottenhem 3:0
Qol
: Zaha, 75-pen. Eduard, 84; 90+2.

Arsenal – Norviç 1:0
Qol
: Obameyanq, 66.

Brentford – Brayton 0:1
Qol
: Trossard, 90.

Lester – Mançester Siti 0:1
Qol
: B.Silva, 62.

Mançester Yunayted – Nyukasl 4:1
Qol
: Ronaldo, 45+2; 62. B.Fernandes, 80. Linqard, 90+2 – Mankilyo, 56.

Sauthempton – Vest Hem 0:0

Uotford – Vulverhempton 0:2
Qol
: Syerralta, 74-öz qapısına. Huanq, 83.

Çelsi – Aston Villa 3:0
Qol
: Lukaku, 15; 90+3. Kovaçiç, 49.

12 sentyabr

Lids – Liverpul 0:3
Qol
: Salah, 20. Fabinyo, 50. Mane, 90+2.

13 sentyabr

Everton – Bernli 3:1
Qol
: M.Kin, 60. Taunsend, 65. Qrey, 66 – B.Mi, 53.

Bombardir: Maykl Antonio (“Vest Hem”), Bruno Fernandes (“Mançester Yunayted”) – 4 qol.