“Bernli”dən səfərdə inamlı qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında “Lester” doğma meydanda “Nyukasl”la qarşılaşıb. Altı qolun qeydə alındığı oyun qonaqların qələbəsiylə yekunlaşıb.

“Tottenhem” “Lids” səfərinə yollanıb və turu məğlubiyyətlə başa vurub. “Liverpul” isə “Sauthempton”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Turun mərkəzi görüşündə Çempionlar Liqasının finalçıları “Mançester Siti” ilə “Çelsi” komandaları “Etihad” stadionunda üz-üz gəliblər. Üç qolun qeydə alındığı bu oyunda “Çelsi” əzmkar qələbəyə sevinib.

Bazar günü daha dörd görüş baş tutub. “Vulverhempton” “Brayton”u məğlub yola salıbsa, “Everton” səfərdə “Vest Hem”i minimal hesabla üstələyib.

“Mançester Yunayted” səfərdə “Aston Villa” üzərində inamlı qələbəyə sevinib. “Arsenal” isə “Vest Bromviç”lə dueldən qalib ayrılıb.

Sonuncu oyun günündə “Bernli” səfərdə “Fulhem”ə qalib gəlib.

İngiltərə Premyer Liqası, 35-ci tur

7 may

Lester – Nyukasl 2:4
Qol
: Olbrayton, 80. İheanaço, 87 – Uillok, 22. Dammet, 34. Uilson, 65; 74.

8 may

Lids – Tottenhem 3:1
Qol
: Dallas, 13. Bamford, 42. Rodriqo, 84 – Son, 25.

Şeffild Yunayted – Kristal Pelas 0:2
Qol
: Benteke, 2. Eze, 88.

Mançester Siti – Çelsi 1:2
Qol
: Sterlinq, 44 – Ziyeş, 63. Alonso, 90+2.

Liverpul – Sauthempton 2:0
Qol
: Mane, 31. Alkantara, 90.

9 may

Vulverhempton – Brayton 2:1
Qol
: A.Traore, 76. Gibbs-Uayt, 90 – Dank, 13.

Aston Villa – Mançester Yunayted 1:3
Qol
: B.Traore, 24 – B.Fernandes, 52. Qrinvud, 56. Kavani, 87.

Vest Hem – Everton 0:1
Qol
: Kalvert, 24.

Arsenal – Vest Bromviç 3:1
Qol
: Smit, 29. Pepe, 35. Villian, 90 – M.Pereyra, 67.

10 may

Fulhem – Bernli 0:2
Qol
: Vestvud, 35. Vud, 44.

Bombardir: Harri Keyn (Tottenhem) – 21 qol.