“Neftçi” və “Səbail”in Avroliqadakı rəqibləri bəlli oldu

Bu gün futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkatmada Azərbaycan təmsilçiləri – “Neftçi” və “Səbail”in də ilk rəqibləri bilinib.

Paytaxt klubları səpələnmişlər səbətində yer aldığından, nisbətən zəif komandalardan biri ilə üz-üzə gələcəkdi.

“Neftçi”nin rəqibi Moldovanın “Speranta” klubu olub. Püşkə əsasən, “ağ-qaralar” ilk oyunu evdə, cavab matçını səfərdə keçirməli olacaq.

“Səbail” isə Rumıniyanın “Universitatya Krayova” klubuna rəqib olub. Azərbaycan təmsilçisi ilk oyunu evdə, cavab matçını səfərdə keçirməlidi.

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.

Avroliqadakı digər təmsilçimiz – Azərbaycan kubokunun qalibi “Qəbələ” isə mübarizəyə 2-ci mərhələdən başlayacaq. İkinci təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button