Türk futbolçuların qolu Fransa klubuna qələbə qazandırdı

Futbol üzrə Fransa Liqa 1-də 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Turun açılış matçında “Renn” səfərdə “Dijon”un qonağı olub. Bu oyunda tərəflər hərəyə 1 qolla 1 xala razılaşıblar. PSJ isə səfərdə “Nim”lə qarşılaşıb və darmadağına sevinib.

Şənbə günü daha iki oyun keçirilib. “Reyms” – “Loryan” matçında qonaqlar inamlı qələbəyə seviniblər. Marsel “Olimpik”i də doğma meydanda “Bordo”dan üstün olub.

Sonuncu oyun günündə altı qarşılaşma baş tutub. “Anje” – “Mets” və “Monako” – “Monpelye” matçlarında heç-heçə qeydə alınıb. “Strasburq” evdə Lion “Olimpik”inə, “Sent-Etyen isə “Nitsa”ya uduzub. “Nant” “Brest”i, “Lill” “Lans”ı məğlub yola salıb.

Fransa Liqa 1, 7-ci tur

16 oktyabr

Dijon – Renn 1:1
Qol
: Balde, 53 – Terrye, 24.

Nim – PSJ 0:4
Qol
: Mbappe, 32; 83. Florensi, 78. Sarabiya, 88.

17 oktyabr

Reyms – Loryan 1:3
Qol
: Kassama, 15 – Hamel, 61. Vissa, 65-pen. Moffi, 80.

Marsel – Bordo 3:1
Qol
: Toven, 5. Amavi, 54. Pablo, 64-öz qapısına – Maja, 83.

18 oktyabr

Strasburq – Lion 2:3
Qol
: Diallo, 44. Aholu, 55 – Kadevere, 12. Ekambi, 25; 42.

Anje – Mets 1:1
Qol
: Manqani, 38 – Nquette, 39.

Monako – Monpelye 1:1
Qol
: Ben Yedder, 70 – Mavididi, 51.

Nant – Brest 3:1
Qol
: Kolo, 16. Blas, 30. Bamba, 79 – Fayvr, 68.

Sent-Etyen – Nitsa 1:3
Qol
: Auşiş, 57 – Melu, 8. Guiri, 30. Maolida, 90+2.

Lill – Lans 4:0
Qol
: B.Yılmaz, 11. Bamba, 47. İkone, 69. Y.Yazıçı, 79.

Bombardir: İbrahima Niane (Mets) – 6 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button