“Marsel” “Lion”u məğlub yola saldı

Fransa Liqa 1-də 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış oyununda “Nitsa” və “Bordo” komandaları üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qolla 1 xala razılaşıblar.

Lider PSJ bu turda səfərdə “Brest”lə qarşılaşıb. Paris təmsilçisi çətin qələbəyə sevinib.

“Lill” “Mets”lə qolsuz heç-heçəyə razılaşıb. “Monako” isə “Dijon”u qəbul edib və minimal hesabla qələbə qazanıb.

Turun maraqla gözlənilən qarşılaşmasında “Marsel” “Lion”la münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Fransa Liqa 1, 13-cü tur

8 noyabr

Nitsa – Bordo 1:1
Qol
: Melu, 27 – Briand, 49-pen.

9 noyabr

Brest – PSJ 1:2
Qol
: Qrandsir, 72 – Di Mariya, 39. İkardi, 85.

Lill – Mets 0:0

Monako – Dijon 1:0
Qol
: Qolovin, 42.

Reyms – Anje 0:0

Strasburq – Nim 4:1
Qol
: Ayorke, 14. Motiba, 45+1; 85. Linard, 70 – Filippoto, 48.

10 noyabr

Renn – Amyen 3:1
Qol
: Hunou, 39. Nyanq, 62. Rafinya, 79-pen – Jirassi, 35.

Monpelye – Tuluza 3:0
Qol
: Laborde, 43. Le Tallek, 59. Savanye, 75.

Nant – Sent-Etyen 2:3
Qol
: Blas, 14. Louza, 26 – Trauko, 22. Bouanqa, 34; 67.

Marsel – Lion 2:1
Qol
: Payet, 18-pen; 39 – Dembele, 59.

Bombardir: Vissam Ben Yedder (Monako) – 9 qol.