Formula: Azərbaycan qran-prisinin qalibi müəyyənləşəcək – bu gün

Bu gün Formula üzrə Azərbaycan qran-prisində sonuncu günə start veriləcək.

Komanda.az xəbər verir ki, yarışın sonuncu günündə ilk olaraq Formula 2 pilotları mübarizə aparacaq.

Ardınca isə əsas mərhələ start götürəcək. Saat 14:10-da Formula 1-də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının dövlət himni səslənəcək. Saat 16:00-da Formula 1-də əsas yarış start götürəcək və yekunda qalib müəyyənləşəcək.

İlk 5 mərhələdən sonra “Red Bull”un sürücüsü Maks Ferstappen 105 xalla birinci, “Mercedes”dən Luis Hamilton 101 xalla ikinci pillədə qərarlaşıb. İlk 3-lüyü 56 xalla “McLaren”in pilotu Lando Norris qapayır.

Komanda hesabında da “Red Bull” 149 xalla bütün rəqiblərini qabaqlayıb. “Mercedes” 148 xalla ikinci, “McLaren” 80 xala üçüncü sırada yer alıb.

Azərbaycan qran-prisi, sonuncu günün proqramı

6 iyun

Formula 2
12:45-13:50 – Əsas yarış

Formula 1
14:10-14:50 – Pilotların təqdimatı
15:44-15:46 – Dövlət himni mərasimi
16:00-18:00. Əsas yarış

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button