Formula: Azərbaycan qran-prisində 2-ci günə start veriləcək

Bu gün Formula üzrə Azərbaycan qran-prisində ikinci günə start veriləcək.

Komanda.az xəbər verir ki, Formula 2-də sprint yarışları, həmçinin Formula 1-də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.

Azərbaycan qran-prisi iyunun 6-da yekunlaşacaq. Həmin gün əvvəlcə Formula 2-də yekun yarış keçiriləcək baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının dövlət himni səslənəcək. Saat 16:00-da Formula 1-də əsas yarış başlayacaq və qalib müəyyənləşəcək.

Koronavirus pandemiyası səbəbindən qran-prilərdə şou və əyləncə proqramları keçirilmir.

Azərbaycan qran-prisi, 2-ci günün proqramı

5 iyun

Formula 2
11:25-12:15 – Sprint yarışı

Formula 1
13:00-14:00 – 3-cü sərbəst yürüş

Formula 1
16:00-17:00 – Sıralama turu

Formula 2
17:40-18:30 – Sprint yarışı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button