“The Best” mükafatının qalibləri məlum olacaq – bu gün

Bu gün FİFA-nın ilin ən yaxşı oyunçusuna təqdim etdiyi “The Best” mükafatının sahibi bəlli olacaq.

Komanda.az az xəbər verir ki, mükafatlandırma mərasimi İsveçrənin Sürix şəhərində, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Ən yaxşı futbolçu adına PSJ-dən Lionel Messi, “Bayern”dən Robert Levandovski və “Liverpul”dan Məhəmməd Salah namizəddir.

2021-ci ilin ən yaxşı baş məşqçisi adına namizədlər İtaliya millisinin çalışdırıcısı Roberto Mançini, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola və “Çelsi”nin baş məşqçisi Tomas Tuxeldir.

Tədbirdə həmçinin, ilin ən yaxşı qolu, azarkeşi, feyr-pley mükafatı, həmçinin qadınlar və kişilərdən ibarət ilin rəzmi komandası məlum olacaq.