“Hər oyun bizim üçün vacibdir” – Azərbaycan millisinin baş məşqçisi

Bu gün dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisinin baş məşqçi Joze Alesio Da Silvanın brifinqi olub.

Komanda.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, braziliyalı mütəxəssis, hazırlıqla bağlı bunları deyib:

“Sabah – 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm.

Təlim-məşq toplanışına isə dünəndən başlamışıq. Hazırlığımızı plan üzrə davam etdiririk. Təbii ki, komandanın qarşısına məqsəd qoyulub. Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq. İşlərimizi də bu məqsədə nail olmaq istiqamətində qurmuşuq. Ancaq heyətlə bağlı problemlərimiz var. Kardoso Everton və Karvalyo Vilela Dos Santos zədə səbəbindən komandaya qoşula bilməyəcəklər.

Rəqiblərimiz haqda məlumat toplamışıq. Hər oyun bizim üçün vacibdir. Slovakiyanın əsas rəqibimiz olduğunu düşünə bilərsiz, amma buna qədər Moldova və Monteneqronu məğlub etməliyik. Hazırlığımızı da bu istiqamətdə davam etdiririk”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button