Portuqaliyalılar Bakıda qələbəni (g)əzə-(g)əzə qazandılar

Bu gün DÇ-2022-nin seçmə mərhələsində 6-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması növbəti matçına da bu gün çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv qrupun lideri Portuqaliyanı qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən görüş saat 20:00-da başlayıb.

Azərbaycan yığmasında Maksim Medvedev, Rüstəm Əhmədzadə, Anton Krivotsyuk bu matçda iştirak etməyib. Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo da sarı vərəqə limitinə görə Bakıya gəlməyib.

Qarşılaşma isə Azərbaycan yığmasının böyükhesablı məğlubiyyəti ilə başa çatıb.

Qrupun digər matçında İrlandiya yığması Serbiya ilə üz-üzə gələcək.

DÇ-2022, seçmə mərhələ, 6-cı tur

7 sentyabr

Azərbaycan – Portuqaliya 0:3
Qol: B.Silva, 26. A.Silva, 31. D.Jota, 75.
Baş hakim: Marko Qvida (İtaliya)

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 19. Təmkin Xəlilzadə, 20. Filip Ozobiç.
Ehtiyat oyunçular: 12. Mehdi Cənnətov, 23. Aydın Bayramov, 5. Bəhlul Mustafazadə, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 11. Ramil Şeydayev, 15. Sertan Taşqın, 16. Anatoli Nuriyev, 17. Toral Bayramov, 18. Şəhriyar Əliyev, 21. İsmayıl İbrahimli, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni De Byazi.
Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Ruben Dias, 5. Rafael Gerrero, 6. Joao Palinya, 8. Joao Moutinyo (k), 9. Andre Silva, 10. Bernardo Silva, 11. Bruno Fernandes, 20. Joao Kanselo, 21. Dioqo Jota.
Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Dioqo Kosta, 2. Nelson Semedo, 7. Fransisko Trinkan, 13. Danilo, 14. Dominqos Duarte, 14. Rafa Silva, 16. Otavio, 17. Qonsalo Quedes, 18. Ruben Neves, 19. Tavares Mendes, 23. Joao Mario.
Baş məşqçi: Fernando Santos.

İrlandiya – Serbiya 1:1
Qol
: Milenkoviç, 87-öz qapısına – Milinkoviç-Saviç, 20.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button