Azərbaycan millisi Portuqaliyaya məğlub oldu

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin ilk turuna start verilib.

Komanda.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan milli komandası da ilk oyununa çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Portuqaliya yığması ilə qarşılaşıb. Koronavirus pandemiyası səbəbindən İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 23:45-də start götürüb.

Portuqaliya yığmasında Pepe, Rui Patrisio və Rafael Gerreyro, Azərbaycan millisində isə Qara Qarayev zədə səbəbindən bu görüşü buraxıb. 90 dəqiqənin sonunda qələbəni portuqallar bayram ediblər.

A qrupunun digər matçında Serbiya yığması İrlandiyanı qəbul edib. Beş qolun vurulduğu bu oyunda da meydan sahibləri üstün olublar.

DÇ-2022, seçmə mərhələ, 1-ci tur

24 mart

A qrupu

Portuqaliya – Azərbaycan 1:0
Qol:
M.Medvedev, 37-öz qapısına.
Baş hakim: Daniel Zibert (Almaniya)
İtaliya, Turin. “Yuventus” stadionu

Portuqaliya: 12. Entoni Lopes, 3. Dominqos Duarte, 4. Ruben Dias, 5. Nuno Mendes, 7. Kriştiano Ronaldo (k), 8. Joau Moutinyo, 9. Andre Silva, 10. Bernardu Silva, 20. Joau Kanselo.
Ehtiyat oyunçular: 1. Joze Sa, 22. Rui Silva, 2. Luis Neto, 6. Joze Fonte, 11. Bruno Fernandes, 13. Joao Palinya, 14. Serjio Oliveyra, 14. Rafa Silva, 16. Renato Sançes, 17. Dioqo Jota, 21. Sedrik, 23. Joau Feliks.
Baş məşqçi: Fernando Santos.

Azərbaycan: 12. Şahruddin Məhəmmədliyev, 3. Azər Salahlı, 5. Maksim Medvedev, 6. Vüqar Mustafayev, 8. Emin Mahmudov, 9. Əli Qurbani, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sertan Taşqın, 4. Bəhlul Mustafazadə, 7. Anatoli Nuriyev, 11. Ramil Şeydayev, 17. Aleksey İsayev, 17. Elvin Cəfərquliyev, 19. Təmkin Xəlilzadə, 20. İsmayıl İbrahimli, 21. Namiq Ələsgərov, 22. Amil Yunanov.
Baş məşqçi: Canni De Byazi.

Serbiya – İrlandiya 3:2
Qol: Vlahoviç, 40. Mitroviç, 69; 75 – Braun, 18. Kollinz, 86.
Baş hakim: Davide Massa (İtaliya)
Serbiya, Belqrad. “Rayko Mitiç” stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button