“Keşlə” Rusiya klubuna böyük hesabla uduzdu

Bu gün Avropa Konfrans Liqasında 2-ci mərhələnin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Keşlə” də turnirdəki ilk matçına bu gün çıxıb.

Sənan Qurbanovun rəhbərlik etdiyi kollektiv Rusiyanın “Soçi” komandasının qonağı olub. Azərbaycan klubu bu görüşdə böyük hesabla məğlub olub.

“Keşlə” “Soçi”ni mübarizədən kənarlaşdırsa, “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Konfrans Liqasında 2-ci mərhələnin cavab oyunları iyulun 29-da keçiriləcək.

Konfrans Liqası, 2-ci mərhələ, ilk oyunlar

22 iyul

Soçi (Rusiya) – Keşlə 3:0
Qol
: Rodriqao, 10. K.Noboa, 66-pen. M.Barsov, 81.
Baş hakim: Enea Yorgi (Albaniya)

Soçi: 12. Nikolay Zabolotnı, 4. Mateo Baraç, 5. Rodriqao, 6. Artur Yusupov, 9. Marko Duqandjiç, 15. İbrahim Tsallaqov (k), 16. Kristian Noboa, 18. Nikita Burmistrov, 27. Kiril Zayka, 34. Timofey Marqasov, 87. Danila Proxin.
Ehtiyat oyunçular: 1. Denis Adamov, 7. Dmitri Vorobyev, 8. İvelin Popov, 10. Maksim Barsov, 13. Sergey Terexov, 17. Maksim Kolmakov, 19. Bekanti Viktorien Anqban, 20. İqor Yurqanov, 24. Emanuel Mammana.
Baş məşqçi: Vladimir Fedotov.
Keşlə: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 3. Tərlan Quliyev (k), 7. Rəhman Hacıyev, 10. Felipe Santos, 14. Turan Vəlizadə, 19. Azər Salahlı, 21. Miyuşko Boyoviç, 29. Amil Yunanov, 72. Aldair Neto, 77. Merab Giqauri.
Ehtiyat oyunçular: 27. Əkbər Vəliyev, 85. Kamal Bayramov, 5. Kərim Diniyev, 8. Tural Axundov, 18. Ruslan Əmircanov, 22. Elçin Mustafayev, 50. Samir Abdullayev, 99. Rafael Məhərrəmli.
Baş məşqçi: Sənan Qurbanov.