Son gündə iki heç-heçə

Futbol üzrə Almaniya Bundesliqasında 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçında “Volfsburq” doğma meydanda “Verder”i qəbul edib. 8 qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıblar.

Şənbə günü altı qarşılaşma baş tutub. “Auqsburq” – “Frayburq” və 6 qolun qeydə alındığı “Yunion” – “Ayntraxt” matçlarında qalib müəyyənləşməyib.

Dortmund “Borussiya”sı bu tur çərçivəsində “Köln”ü sınağa çəkib və doğma meydanda məğlubiyyətlə üzləşib. “Bavariya” isə səfərdə “Ştutqart”la qarşılaşmadan inamlı qələbə ilə ayrılıb. Münhenqladbax “Borussiya”sı mövsümə uğursuz start verən və son pillədə qərarlaşan “Şalke”ni darmadağınla yola salıb. “Leyptsiq” də “Arminiya” üzərində qələbəyə sevinib.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Bayer” – “Herta” matçında qapılara qol vurulmayıb. “Maynts” – “Hoffenhaym” görüşü də bərabərliklə başa çatıb.

Almaniya Bundesliqası, 9-cu tur

27 noyabr

Volfsburq – Verder 5:3
Qol
: Baku, 22. Bruks, 25. Veqorst, 37; 76. Bialek, 90+5 – Bittenkur, 13. Mohvald, 36. Bruks, 47-öz qapısına.

28 noyabr

Auqsburq – Frayburq 1:1
Qol
: Varqas, 80 – Qrifo, 64.

Borussiya D – Köln 1:2
Qol
: Hazard, 74 – Skhiri, 9; 60.

Leyptsiq – Arminiya 2:1
Qol
: Anxelinyo, 29. Nkunku, 47 – Klos, 75.

Ştutqart – Bavariya 1:3
Qol
: Kulibali, 20 – Koman, 38. Levandovski, 45+1. D.Kosta, 87.

Yunion – Ayntraxt 3:3
Qol
: Endrix, 2. Kruse, 6-pen; 82 – A.Silva, 27; 37. Dost, 79.

Borussiya M – Şalke 4:1
Qol
: Noyhaus, 15. Vendt, 36. Turam, 52. Volf, 80 – Raman, 20.

29 noyabr

Bayer – Herta 0:0

Maynts – Hoffenhaym 1:1
Qol
: Kayson, 33 – Bebu, 62.

Bombardir: Robert Levandovski (Bavariya) – 12 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button