“Hoffenhaym” doğma meydanda uduzdu

Futbol üzrə Almaniya Bundesliqasında 6-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Mövsümə uğursuz start verən “Şalke” bu turda doğma meydanda “Ştutqart”ı qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Şənbə günü beş qarşılaşma baş tutub. “Bavariya” “Köln”, Dortmund “Borussiya”sı isə “Arminiya” səfərinə yollanıb. Hər iki oyunda qonaqlar qələbəyə sevinib. Lider “Leyptsiq” bu turda Münhenqladbax “Borussiya”sı ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların məğlubiyyəti ilə başa çatıb. “Ayntraxt” – “Verder” matçında qalib müəyyənləşməyib. “Auqsburq” isə “Maynts”ı məğlub yola salıb.

Bazar günü daha iki qarşılaşma baş tutub. Altı qolun qeydə alındığı “Frayburq” – “Bayer” matçında qonaqlar qələbə qazanan tərəf olub. “Herta” – “Volfsburq” görüşündə isə qalib müəyyənləşməyib.

Sonuncu oyun günündə “Hoffenhaym” doğma meydanda “Union”a məğlub olub.

Almaniya Bundesliqası, 6-cı tur

30 oktyabr

Şalke – Ştutqart 1:1
Qol
: Malik, 30 – Qonsales, 56-pen.

31 oktyabr

Arminiya – Borussiya D 0:2
Qol
: Hummels, 53; 71.

Auqsburq – Maynts 3:1
Qol
: Varqas, 40. Han, 80; 90+1 – Onisivo, 64.

Ayntraxt – Verder 1:1
Qol
: A.Silva, 65 – Sargent, 51.

Köln – Bavariya 1:2
Qol
: Draksler, 82 – Müller, 13-pen. Qnabri, 45+1.

Borussiya M – Leyptsiq 1:0
Qol
: Volf, 60.

1 noyabr

Frayburq – Bayer 2:4
Qol
: Holer, 3. Petersen, 72 – Alario, 29; 42. Amiri, 64. Ta, 76.

Herta – Volfsburq 1:1
Qol
: Kunya, 6 – Baku, 20.

2 noyabr

Hoffenhaym – Yunion 1:3
Qol
: Dabbur, 80 – Kruse, 59-pen. Pohyanpalo, 85. Toyxert, 90+4.

Bombardir: Robert Levandovski (Bavariya) – 10 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button