Bundesliqada qonaqların günü

Almaniya Bundesliqasında 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış oyununda Düsseldorf “Fortuna”sı “Volfsburq”la qarşılaşıb. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.

4-cü tur çərçivəsində “Bavariya” “Leyptsiq”lə qarşılaşıb. Münhen klubu bu oyundan xal itkisi ilə ayrılıb. Dortmund “Borussiya”sı isə “Bayer”lə üz-üzə gəlib və 4 cavabsız qolla qalib gəlib.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Hoffenhaym”ın qonağı olan “Frayburq” 3 cavabsız qolla qalib gəlib. “Paderborn”la qarşılaşan “Şalke” də səfərdə darmadağına sevinib.

Almaniya Bundesliqası, 4-cü tur

13 sentyabr

Fortuna – Volfsburq 1:1
Qol
: Gisselmann, 16 – Veqorst, 29.

14 sentyabr

Auqsburq – Ayntraxt 2:1
Qol
: Rixter, 35. Niederlexner, 43 – Pasiensia, 73.

Borussiya D – Bayer 4:0
Qol
: Alkaser, 28. Roys, 50; 90. Gerrero, 83.

Köln – Borussiya M 0:1
Qol
: Plea, 14.

Maynts – Herta 2:1
Qol
: Kayson, 40. Yuste, 88 – Qruyiç, 83.

Yunion – Verder 1:2
Qol
: Andersson, 14-pen – Klaassen, 5-pen. Fullkruq, 55.

Leyptsiq – Bavariya 1:1
Qol
: Forsberq, 45+3-pen – Levandovski, 3.

15 sentyabr

Hoffenhaym – Frayburq 0:3
Qol
: Gunter, 11. Haberer, 38. Petersen, 59.

Paderborn – Şalke 1:5
Qol
: Souza, 8 – Sane, 33. S.Serdar, 49. Harit, 71; 85. A.Kutucu, 83.

Bombardir: Robert Levandovski (Bavariya) – 7 qol.