“Borussiya”dan darmadağın

Futbol üzrə Almaniya Bundesliqasında 31-ci tura start verilib.

Komanda.az xəbər verir ki, açılış matçında elitada qalmaq uğrunda mübarizə aparan “Köln” səfərdə “Auqsburq”la qarşılaşıb. Beş qolun qeydə alındığı oyunda “keçilər” vacib qələbə qazanıblar.

Lider “Bavariya” bu turda “Maynts”ın qonağı olub və məğlubiyyətlə üzləşib. “Ayntraxt” da “Bayer”lə səfər qarşılaşmasından xalsız dönüb. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan Dortmund “Borussiya”sı isə bu turda çətin “Volfsburq” səfərinə yollanıb və inamlı qələbəyə sevinib.

“Leyptsiq” “Ştutqart”ı sınağa çəkib və inamlı qələbəyə sevinib. Mühenqladbax “Borussiya”sı isə “Arminiya”ya beş cavabsız qolla qalib gəlib.

Bu tur keçirilməli olan “Şalke” – “Herta” matçı təxirə salınıb.

Almaniya Bundesliqası, 31-ci tur

23 aprel

Auqsburq – Köln 2:3
Qol
: Qumni, 54. Varqas, 62 – Duda, 8; 33. Kaynts, 23.

24 aprel

Frayburq – Hoffenhaym 1:1
Qol
: Qrifo, 81 – Kramariç, 40.

Maynts – Bavariya 2:1
Qol
: Burkardt, 3. Kayson, 37 – Levandovski, 90+4.

Yunion – Verder 3:1
Qol
: Pohjanpalo, 50; 53; 67 – Selassie, 82.

Volfsburq – Borussiya D 0:2
Qol
: Haland, 12; 68.

Bayer – Ayntraxt 3:1
Qol
: Beyli, 70. Alario, 80. Demirbay, 90+1 – A.Silva, 90+1.

25 aprel

Leyptsiq – Ştutqart 2:0
Qol
: Haydara, 46. Forsberq, 67.

Borussiya M – Arminiya 5:0
Qol
: Embolo, 6; 69. Turam, 1. Bensebaini, 18-pen. Plea, 84.

Bombardir: Robert Levandovski (Bavariya) – 35 qol.