“Ayntraxt”la “Verder”dən çətin qələbə

Almaniya Bundesliqasında 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Münhenqladbax “Borussiya”sı “Leyptsiq”i qəbul edib. Dörd qolun qeydə alındığı qarşılaşma qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

“Bavariya” bu turda “Maynts”ı sınağa çəkib və böyük hesabla qələbə qazanıb.

Lider Dortmund “Borussiya”sı isə “Yunion” səfərinə yollanıb və gözlənilməz məğlubiyyətlə üzləşib.

Son oyun günündə iki görüş baş tutub. “Verder” doğma meydanda “Auqsburq”u, “Ayntraxt” isə “Fortuna”nı çətinliklə məğlub edib.

Almaniya Bundesliqası, 3-cü tur

30 avqust

Borussiya M – Leyptsiq 1:3
Qol
: Embolo, 90+1 – Verner, 38; 47; 90+4.

31 avqust

Bayer – Hoffenhaym 0:0

Bavariya – Maynts 6:1
Qol
: Pavar, 36. Alaba, 45. Perişiç, 54. Koman, 64. Levandovski, 78. Deyvis, 80 – Boetius, 6.

Frayburq – Köln 1:2
Qol
: Çixos, 40-öz qapısına – Modeste, 52. Sxiri, 90+2.

Şalke – Herta 3:0
Qol
: Stark, 38. Rekik, 48. Kenni, 85

Volfsburq – Paderborn 1:1
Qol
: Brekalo, 56 – Souza, 12.

Yunion – Borussiya D 3:1
Qol
: Bulter, 22; 50. Andersson, 75 – Alkaser, 25.

1 sentyabr

Verder – Auqsburq 3:2
Qol
: Osako, 6; 67. Sargent, 21 – Varqas, 12; 46.

Ayntraxt – Fortuna 2:1
Qol
: Dost, 57. Pasiensia, 86 – Henninqs, 36.

Bombardir: Robert Levandovski (Bavariya) – 6 qol.