“Hoffenhaym”la “Bayer”dən heç-heçə

Futbol üzrə Almaniya Bundesliqasında 28-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Frayburq” səfərdə “Arminiya” ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər.

Lider “Bavariya” bu turda Berlin “Yunion”unu sınağa çəkib. Münhen təmsilçisi doğma meydanda xal itkisi ilə üzləşib. Turnir cədvəlinin 3-cü sırasında yer alan “Volfsburq” ən yaxın izləyicisi “Ayntraxt”la qarşılaşıb. Yeddi qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Dortmund “Borussiya”sı “Ştutqart”ın qonağı olub və çətin qələbəyə sevinib. “Leyptsiq” isə səfərdə “Verder”i böyük hesabla məğlub edib.

“Şalke” doğma meydanda “Auqsburq”u minimal hesabla üstələyib. Beş qolun qeydə alındığı “Köln” – “Maynts” matçı isə qonaqların qələbəsiylə yekunlaşıb.

Sonuncu oyun günündə “Hoffenhaym” doğma meydanda “Bayer”lə heç-heçəyə razılaşıb.

Almaniya Bundesliqası, 28-ci tur

9 aprel

Arminiya – Frayburq 1:0
Qol
: Santamariya, 68-öz qapısına.

10 aprel

Bavariya – Yunion 1:1
Qol
: Musiala, 68 – İnqvartsen, 86.

Ayntraxt – Volfsburq 4:3
Qol
: Kamada, 8. Yoviç, 27. A.Silva, 54. Durm, 61 – Baku, 6. Veqorst, 46. Tuta, 85.

Herta – Borussiya M 2:2
Qol
: Askakibar, 23. Kordoba, 49 – Plea, 27. Ştindl, 38.

Verder – Leyptsiq 1:4
Qol
: Raşiça, 61 – Olmo, 23. Sorlot, 32; 41. Sabitzer, 63.

Ştutqart – Borussiya D 2:3
Qol
: Kaladziç, 17. Didavi, 78 – Bellingem, 47. Roys, 52. Knauff, 80.

11 aprel

Şalke – Auqsburq 1:0
Qol
: S.Serdar, 4.

Köln – Maynts 2:3
Qol
: Duda, 43. Skhiri, 61 – Boetius, 11. İnisivo, 65. Barreyro, 90+1.

12 aprel

Hoffenhaym – Bayer 0:0

Bombardir: Robert Levandovski (Bavariya) – 35 qol.