“Frayburq”la “Herta” doğma meydanda sevindi

Futbol üzrə Almaniya Bundesliqasında 26-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Leyptsiq” səfərdə “Arminiya”nın qonağı olub və minimal hesabla qalib gəlib.

Lider “Bavariya” bu turda “Ştutqart”ı qəbul edib və darmadağına sevinib. Dortmund “Borussiya”sı isə “Köln” səfərindən xal itkisi ilə dönüb.

Turnir cədvəlinin sonuncusu “Şalke”nin bu turdakı rəqibi Münhenqladbax “Borussiya”sı olub. Qonaqlar bu oyunda darmadağına seviniblər. “Volfsburq” “Verder”lə səfər oyunundan qələbə ilə dönüb.

Sonuncu oyun günündə üç görüş baş tutub. “Herta” doğma meydanda “Bayer”ə böyük hesabla qalib gəlibsə, “Frayburq” “Auqsburq” üzərində inamlı qələbəyə sevinib. Üç qolun qeydə alındığı “Hoffenhaym” – “Maynts” görüşündə isə qonaqlar qələbə qazanıblar.

Almaniya Bundesliqası, 26-cı tur

19 mart

Arminiya – Leyptsiq 0:1
Qol
: Sabitzer, 46.

20 mart

Bavariya – Ştutqart 4:0
Qol
: Levandovski, 18; 23; 39. Qnabri, 22.

Ayntraxt – Yunion 5:2
Qol
: A.Silva, 2; 41. Eyndrix, 35-öz qapısına. Kostiç, 41. Çendler, 90+2 – Kruse, 7; 45+3.

Köln – Borussiya D 2:2
Qol
: Duda, 35. Yakobs, 65 – Haland, 3; 90.

Verder – Volfsburq 1:2
Qol
: Mohvald, 45 – Sargent, 9-öz qapısına. Veqorst, 42.

Şalke – Borussiya M 0:3
Qol
: Ştindl, 15. Layner, 63. Ronnov, 72-öz qapısına.

21 mart

Hoffenhaym – Maynts 1:2
Qol
: Bebu, 39 – Qlatzel, 1. Kohr, 41.

Herta – Bayer 3:0
Qol
: Zefeyk, 4. Kunya, 26. Kordoba, 33.

Frayburq – Auqsburq 2:0
Qol
: Sallai, 51. Linhart, 79.

Bombardir: Robert Levandovski (Bavariya) – 35 qol.