“Bavariya” evdə xal itirdi

Futbol üzrə Almaniya Bundesliqasında 21-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında “Leyptsiq” doğma meydanda “Auqsburq”u qəbul edib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Şənbə günü beş görüş baş tutub. Dörd qolun qeydə alındığı “Bayer” – “Maynts” matçında qalib müəyyənləşməyib. Dortmund “Borussiya”sı da “Hoffenhaym”la ev oyunundan məhsuldar heç-heçə ilə ayrılıb. “Ştutqart” – “Herta” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblərsə, “Verder” – “Frayburq” və “Yunion” – “Şalke” görüşlərində qapılara qol vurulmayıb.

Bazar günü “Ayntraxt” doğma meydanda “Köln”ə qalib gəlib. Səfərdə “Volfsburq”la qarşılaşan Münhenqladbax “Borussiya”sı isə 1 xalla kifayətlənib.

Lider “Bavariya” isə bu tur çərçivəsində autsayderlər qrupunda yer alan “Arminiya”nı sınağa çəkib. Altı qolun vurulduğu bu oyunda qalib müəyyənləşməyib.

Almaniya Bundesliqası, 21-ci tur

12 fevral

Leyptsiq – Auqsburq 2:1
Qol
: Olmo, 38-pen. Nkunku, 43 – Kaliqiuri, 77-pen.

13 fevral

Bayer – Maynts 2:2
Qol
: Alario, 14. Şik, 84 – Qlatsel, 89. Ştoger, 90+2.

Borussiya D – Hoffenhaym 2:2
Qol
: Sanço, 24. Haland, 81 – Dabbur, 31. Bebu, 51.

Ştutqart – Herta 1:1
Qol
: Kaladziç, 45+1 – Nets, 82.

Verder – Frayburq 0:0

Yunion – Şalke 0:0

14 fevral

Ayntraxt – Köln 2:0
Qol
: A.Silva, 57. Ndikka, 79.

Volfsburq – Borussiya M 0:0

15 fevral

Bavariya – Arminiya 3:3
Qol
: Levandovski, 48. Tolisso, 57. Deyvis, 70 – Vlap, 9. Piper, 37. Gebauer, 49.

Bombardir: Robert Levandovski (Bavariya) – 25 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button