“Bavariya” 3 xalı 4 qolla qazandı

Futbol üzrə Almaniya Bundesliqasında 18-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında Dortmund “Borussiya”sı Münhenqladbax “Borussiya”sının qonağı olub. Altı qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıblar.

Turnir cədvəlinin 2-cisi “Leyptsiq” bu tur çərçivəsində “Maynts”la qarşılaşıb və məğlubiyyətlə üzləşib. “Bayer” “Volfsburq”u sınağa çəkib. Qonaqlar bu görüşdə minimal hesabla qalib gəliblər. “Ayntraxt” səfərdə “Arminiya”nı darmadağın edib. “Verder” isə “Herta”nı böyük hesabla yenib.

Son turda “Auqsburq”u minimal hesabla məğlub edən lider “Bavariya” bu dəfə autsayder “Şalke”ylə üz-üzə gəlib və dörd cavabsız qola sevinib. “Hoffenhaym” isə “Köln”ü darmadağın edib.

Almaniya Bundesliqası, 18-ci tur

22 yanvar

Borussiya M – Borussiya D 4:2
Qol
: Elvedi, 11; 32. Bensebaini, 49. Turam, 78 – Haland, 22; 28

23 yanvar

Frayburq – Ştutqart 2:1
Qol
: Demiroviç, 14. Yonq, 37 – Vamanqituka, 7.

Maynts – Leyptsiq 3:2
Qol
: Niaxate, 24; 35. Barreyro, 50 – Adams, 15. Halştenberq, 30

Bayer – Volfsburq 0:1
Qol
: Baku, 35.

Auqsburq – Yunion 2:1
Qol
: Nyederlexner, 17; 47 – İnqvartsen, 25.

Arminiya – Ayntraxt 1:5
Qol
: Kordova, 36 – A.Silva, 25; 33. Kostiç, 27. Nilsson, 51-öz qapısına. Yoviç, 75.

Herta – Verder 1:4
Qol
: Kordoba, 45+2 – Selke, 10-pen. Ö.Toprak, 29. Bittenkur, 57. Sargent, 77.

24 yanvar

Şalke – Bavariya 0:4
Qol
: Müller, 33; 88. Levandovski, 54. Alaba, 90.

Hoffenhaym – Köln 3:0
Qol
: Kramariç, 7; 75. Baumqatner, 28.

Bombardir: Robert Levandovski (Bavariya) – 23 qol.