AFFA De Byazi ilə müqaviləni uzatdı – rəsmi

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin də gələcəyi müzakirə olunub.

Qərara əsasən, italyan mütəxəssis Azərbaycan yığmasının baş məşqçi postunda qalacaq. O, 2022-ci ilin oktyabrına qədər işinin başında olacaq.